Icma.az
close
up
RU
Prezident İlham Əliyevin yeni nəqliyyat siyasəti Nələr dəyişəcək?

Prezident İlham Əliyevin yeni nəqliyyat siyasəti Nələr dəyişəcək?

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Nəqliyyat o qədər həssas mövzudur ki, danışdıqca bitməz, işlədikcə başa çatmaz. Daim yenilənən bu sahədə görüləsi çox iş var. Yükdaşımadan, sərnişin nəqliyyatından tutmuş hərəkətin təşkilinə qədər çoxşaxəli bir sahədir. Qanunların, müxtəlif qərar və qanunvericilik aktlarının, konvensiya və beynəlxalq səviyyədə qəbul edilmiş yeniliklərin öyrənilməsi, tətbiqi olduqca incə məsələdir. Kiçik səhvlər böyük itkilər və problemlər yaradır. Səhvlər çoxdur, düzəltmək üçün illər lazımdır.
Cənab Prezident İlham Əliyev sonuncu dəfə jurnalistlərlə görüşündə də qeyd etdi ki, bu sahədə səhv işlər görülüb, tıxaca qarşı mübarizə aparmaq üşün çəkilən yollar tıxacı aradan qaldırmaq əvəzinə tıxac yaradıb. Misallar çoxdur. Deyə bilərəm ki, bunun nəticəsində illər öncə Nəqliyyat Nazirliyi ləğv edildi, ardınca BNA da işi yarıtmadı və ləğv olundu.
Hazırda Azərbaycanda nəqliyyat sahəsi demək olar ki, bir mərkəzdən idarə olunur. Müsbət dəyişikliklər çoxdur. Ümid edirəm ki, zamanla daha fundamental işlər görüləcək, bu günə yox, gələcəyə hesablanan layihələr icra ediləcək. Keçmişdəki səhvləri də aradan qaldırıb müasir formaya sala bilsək daha yaxşı olardı...
Bu gün Azərbaycan dünyanın o başından bu başına yüklərin daşınması sahəsində tranzit rolunu oynayır. Ötən il bu sahədə xeyli artım qeydə alınıb ki, bu da büdcəyə milyonlarla vəsaitin daxil olması deməkdir.
Dünya nəhəngi Çinlə multimodal daşımalarda əməli işlər görülüb. Əsasən dəmir yolu ilə həyata keçirilən daşımılarda təbii ki, avtomobil nəqliyyatının da rolu böyükdür.
Multimodal və intermodal daşımalar Azərbaycan iqtisadiyyatına böyük dəstək verəcək. Bu sahəni vaxtında və düzgün qurmaq lazımdır.
Prezident İlham Əliyevin fikirləri onu deməyə əsas verir ki, özü şəxsən bu sahəyə ciddi nəzarət edir, bütün nöqsanlardan xəbərdardır və qətiyyətli siyasətlə keçmişdəki səhvləri aradan qaldırmaqla böyük inkişafa köklənmiş nəqliyyat siyasəti yürüdülür. Məsələn, nəqliyyatın vahid mərkəzdən idarə edilməsi məqsədilə ötən ilin noyabrında Nəqliyyat və Kommunikasiya Holdinqi yaratmaqla bu sahədə ciddi dönüşün əsasını qoydu. Artıq müsbət çalarlar hiss edilməkdədir.
Bundan başqa, Prezidentin tapşırığı ilə yeni yolların salınması bir daha onu göstərir ki, bu layihələr sərnişin və nəqliyyat axınına köklü təsir göstərəcək.
Sərnişin nəqliyyatında elektrik avtobuslara keçid və yeni metro stansiyalarının tikintisi onun birbaşa nəzarətindədir. Bundan başqa, Cənab Prezident hava, dəmir yolu, avtomobil də dəniz nəqliyyatının inkişafına şəxsən dəstək olur və bu sahələrin inkişafı üçün müasir dünyanın tələblərinə uyğun, inkişaf etmiş ölkələrlə ayaqlaşa biləcək siyasət yürüdür. Bütün bunlar Azərbaycanın nəqliyyat sisteminin müasir mərhələyə keçidini təmin edəcək, bu sahədə yeni iş yerləri açılacaq, nəqliyyat-logistika sahəsində ölkəmizin əltdə edəcəyi müasir təcrübələr başqa ölkələrin də marağına səbəb olacaq.
Düzdür, hazırda Orta Dəhliz layihəsinə maneə olan dövlətlər var. Məlumdur ki, hər bir ölkə öz maraqlarını güdür. Hətta Azərbaycana qarşı birləşən dövlətlər yeni nəqliyyat dəhlizləri yaratmağa can atır. Lakin Prezident İlham Əliyevin yürütdüyü siyasət onu göstərir ki, Azərbaycan nəqliyyat-logistika sahəsində daha sərfəli şərtlər irəli sürməklə cəlbedici ölkəyə çevrilir və nəticədə Çin kimi nəhəng bir dövlət Azərbaycanla əmdakşlığı üstün tutub. Bunun ardınca başqa dövlətlər də hazırda bu sahədə ölkəmizlə əməkdaşlığa maraq göstərir.
Ümumi mənzərə belədir ki, Prezident İlham Əliyevin nəqliyyat-logistika siyasəti proqmatikdir və konkret hədəflərə yönəlib. Bu hədəflərə çatdıqdan sonra Azərbaycan iqtisadiyyatına nəqliyyat sahəsindən böyük dəstək müşahidə ediləcək.
Ümumilikdə, Prezidentin televiziyalara sonuncu müsahibəsi zamanı nəqliyyat-logistika sahəsi ilə bağlı səsləndirdiyi fikirlərin hər bir cümləsi konkret yol xəritəsidir və bu sahədə səmərəli işləmək lazımdır ki, heç bir səhvə yol vermədən ölkə rəhbərinin siyasətinin uğurla nəticəsələnməsinə dəstək olaq. Prezident özü də çıxışı zamanı mətbuatı, cəmiyyəti bu sahədə fəal olmağa səslədi. Bu o deməkdir ki, bu sahədə görüləcək işlərə hər birimiz dəstək olmalıyıq.

Elməddin Muradlı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 10 Yanvar 2025 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri