Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır. Prezident Kasım-Jomart Tokayevin rəhbərliyi ilə Qazaxıstan bütün sahələrdə sabit və d
Ölkədə aparılan siyasi və iqtisadi islahatlar, idarəetmədə şəffaflığın artırılması, sosial rifahın yüksəldilməsi və beynəlxalq əlaqələrin ge
Onun həyata keçirdiyi müasir və çevik siyasət nəticəsində Qazaxıstan regionun aparıcı dövlətlərindən birinə çevrilməkdədir.
Bu inkişaf fonunda Qazaxıstanın Azərbaycanla münasibətləri xüsusi əhəmiyyət daşıyır.
İki ölkə arasında mövcud olan tarixi dostluq və strateji tərəfdaşlıq əlaqələri Kasım-Jomart Tokayev dövründə daha da möhkəmlənmişdir.
Azərbaycan və Qazaxıstan siyasi, iqtisadi, ticarət, enerji, nəqliyyat və humanitar sahələrdə sıx əməkdaşlıq edir.
Prezident Tokayevin Azərbaycana səfərləri və iki ölkə rəhbərləri arasında yüksək səviyyəli görüşlər bu münasibətlərin inkişafına böyük töhfə verir.
Qazaxıstan-Azərbaycan əlaqələri təkcə ikitərəfli deyil, həm də türkdilli dövlətlər və regional əməkdaşlıq çərçivəsində strateji əhəmiyyət daşıyır.