Prezident Kasım Jomart Tokayevin rəhbərliyi ilə Qazaxıstan günü gündən inkişaf edir
Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.
Prezident Kasım-Jomart Tokayevin rəhbərliyi ilə Qazaxıstan bütün sahələrdə sabit və davamlı inkişaf yolundadır. Ölkədə aparılan siyasi və iqtisadi islahatlar, idarəetmədə şəffaflığın artırılması, sosial rifahın yüksəldilməsi və beynəlxalq əlaqələrin genişləndirilməsi Tokayevin liderliyinin əsas istiqamətlərindəndir. Onun həyata keçirdiyi müasir və çevik siyasət nəticəsində Qazaxıstan regionun aparıcı dövlətlərindən birinə çevrilməkdədir. Bu inkişaf fonunda Qazaxıstanın Azərbaycanla münasibətləri xüsusi əhəmiyyət daşıyır. İki ölkə arasında mövcud olan tarixi dostluq və strateji tərəfdaşlıq əlaqələri Kasım-Jomart Tokayev dövründə daha da möhkəmlənmişdir. Azərbaycan və Qazaxıstan siyasi, iqtisadi, ticarət, enerji, nəqliyyat və humanitar sahələrdə sıx əməkdaşlıq edir. Prezident Tokayevin Azərbaycana səfərləri və iki ölkə rəhbərləri arasında yüksək səviyyəli görüşlər bu münasibətlərin inkişafına böyük töhfə verir. Qazaxıstan-Azərbaycan əlaqələri təkcə ikitərəfli deyil, həm də türkdilli dövlətlər və regional əməkdaşlıq çərçivəsində strateji əhəmiyyət daşıyır. Kasım-Jomart Tokayevin uzaqgörən və praqmatik siyasəti nəticəsində Qazaxıstan və Azərbaycan arasında münasibətlər gündən-günə dərinləşir və xalqlarımızın rifahına xidmət edir.
Pərviz Məcnunov
YAP Laçın rayon təşkilatının mühasibi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 21 Oktyabr 2025 16:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















