Icma.az, Unikal.az saytına istinadən bildirir. Yanvarın 20-də Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində “Avrasiyanın
"Unikal" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Moderator: 2026-cı ilin Dünya İqtisadi Forumuna və “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” adlanan sessiyaya xoş gəlmisiniz.
Burada müzakirə apardığımız zaman Qərbdən Şərqə doğru rəqabət aparan maraqlar və Qafqaz ilə Mərkəzi Asiyada təsir və gücün tarazlığı ilə səciyyələnən vəziyyət müşahidə edilir.
Artan rəqabət fonunda geniş infrastruktur planları və formalaşan ticarət dəhlizləri göz qarşısındadır.
Region genişlənən həmin marşrutların əksər hissəsindən necə yararlana bilər və onlar üçün öz rolunu necə gücləndirə bilər?
Bu gün sessiyada biz həmin mövzuları müzakirə edəcəyik və mən çıxış edəcək şəxsləri böyük şərəf hissi ilə təqdim edirəm.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Serbiyanın Prezidenti Aleksandar Vuçiç, Türkiyədən “Limak Holdinq”in İdarə Heyətinin sədri Ebru Özdəmir və Ermənistan Respublikasının Prezidenti Vaaqn Xaçaturyan.