Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

İran rejimi legitimliyini itirir ŞƏRH

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

ATƏT də dərin böhran yaşanır

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

Prezident panel iclasda iştirak etdi FOTOLAR (YENİLƏNİB)

Prezident panel iclasda iştirak etdi FOTOLAR (YENİLƏNİB)

Icma.az, Unikal.az saytına istinadən bildirir.

Yanvarın 20-də Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclası keçirilib.

"Unikal" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Moderator: 2026-cı ilin Dünya İqtisadi Forumuna və “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” adlanan sessiyaya xoş gəlmisiniz. Burada müzakirə apardığımız zaman Qərbdən Şərqə doğru rəqabət aparan maraqlar və Qafqaz ilə Mərkəzi Asiyada təsir və gücün tarazlığı ilə səciyyələnən vəziyyət müşahidə edilir. Artan rəqabət fonunda geniş infrastruktur planları və formalaşan ticarət dəhlizləri göz qarşısındadır. Region genişlənən həmin marşrutların əksər hissəsindən necə yararlana bilər və onlar üçün öz rolunu necə gücləndirə bilər? Bu gün sessiyada biz həmin mövzuları müzakirə edəcəyik və mən çıxış edəcək şəxsləri böyük şərəf hissi ilə təqdim edirəm. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Serbiyanın Prezidenti Aleksandar Vuçiç, Türkiyədən “Limak Holdinq”in İdarə Heyətinin sədri Ebru Özdəmir və Ermənistan Respublikasının Prezidenti Vaaqn Xaçaturyan. Mənim adım Saşa Vakulinadır. Mən “Euronews” televiziya kanalının Avropa üzrə müxbiriyəm.

Bu gün keçirilən sessiyada aparıcı olmaqdan və Sizə qoşulmaqdan böyük şərəf hissi duyuram. Mən sessiyanın əvvəlində, icazənizlə, açılış edim və təfərrüatlar haqqında danışım. Azərbaycan və Ermənistan iki ölkənin, eləcə də bütöv regionun kursunu və gələcəyini dəyişən, onilliklər boyu yaşanılan faciələrdən sonra tarixi sülh razılaşmasını hazırladılar. Hazırda biz qlobal quruluşun da sürətlə dəyişdiyinin şahidiyik. Bilirsiniz, tarixin ağrılı səhifəsini bağlamaq üçün nə qədər səylər göstərildi. Mən Prezident Əliyev və Prezident Xaçaturyandan soruşmaq istərdim: Hazırda Siz gələcəyi necə görürsünüz? Gələcəkdə bizi nə gözləyir? Sizin hər ikinizin bu sessiyada iştirakı artıq özü böyük mesajdır.

Prezident İlham Əliyev: Bəli, siz tam haqlısınız. Ötən ilin avqustunda hər iki tərəf sülh sazişini paraflamaqla və beləliklə, üç onillikdən artıq çəkən müharibə və qan tökməyə son qoymaqla tarixi nailiyyət əldə olundu. Həmin sülh sazişinin nadirliyi ondan ibarətdir ki, o, son qanlı toqquşmadan sonra iki ildən az müddətdə paraflandı. Beləliklə, bu göstərir ki, əgər hər iki tərəfin güclü siyasi iradəsi, sülhə sadiqliyi olarsa, onda siz kifayət qədər qısa müddət ərzində barışıq əldə edə bilərsiniz. Paraflanmış sənəd bu gün praktiki nəticələrə çevrilir. Biz sülh şəraitində nəinki cəmi 5-6 aydır yaşayırıq və bu vəziyyətdən yararlanırıq, o cümlədən nə Ermənistan, nə Azərbaycan müstəqil ölkələr kimi heç zaman sülhdə yaşamayıblar. 1991-ci ildə müstəqil ölkəyə çevrildiyimiz zaman biz artıq hərbi toqquşmada idik. Lakin bu gün sülhün faydası əməkdaşlığın başlanmasında əks olunur. Olduqca mühüm neft məhsullarının birinci hissəsi Azərbaycandan Ermənistana göndərildi və bu, qiymətlərin aşağı düşməsinə imkan yaratdı.

Beləliklə, iki və ya üç il əvvəl belə addımı tamamilə təsəvvür etmək olmazdı. Lakin bu gün o, artıq reallıqdır. Düşünürəm ki, heç nə bu prosesə müdaxilə edə bilməz. Fikrimcə, əlavə görəcəyimiz işlər ondan ibarətdir ki, hər iki tərəf sülhdə yaşamağın nəticələrini göstərməlidir ki, biz də bu proses çərçivəsində cəmiyyətlərimizin tam dəstəyinin şahidi ola bilək. Lakin mən çox nikbin baxıram, çünki əldə olunan nəticə, həqiqətən, Ermənistanın, Azərbaycanın və Cənubi Qafqazın xeyrinədir. O, vaxtilə çox dərin ədavəti olmuş ölkələrin əməkdaşlıq mərhələsinə gəlib çıxmasının nümunəsini özündə əks etdirir.

x x x

Ermənistan Respublikasının Prezidenti Vaaqn Xaçaturyan Azərbaycan Prezidenti İlham Əliyevin “gələcək bizdən asılıdır” fikri ilə tam razı olduğunu söyləyərək qeyd edib ki, ölkələrimizin liderləri öz siyasi iradələrini qətiyyətlə nümayiş etdirirlər: “Cənab Prezident İlham Əliyevin söylədiyi kimi, biz siyasi qətiyyəti sülh üçün nümayiş etdirdik ki, artıq bundan sonra əməli tədbirlər sülhü sübut etsin, təsdiq etsin. Biz 30 ildir bunu görməmişdik. Amma indi isə biz sülh və əmin-amanlıq şəraitində yaşayırıq. Bu isə həqiqətən də inanılmaz hadisədir”.

Artıq Azərbaycandan Ermənistana Gürcüstan ərazisi ilə malların nəql edildiyini xatırladan V.Xaçaturyan bu yüklərin birbaşa olaraq iki ölkənin ərazisindən keçəcəyinə əminliyini bildirib.

Ermənistan Prezidenti deyib: Cənab İlham Əliyevə də minnətdaram, görülən işləri təqdir edirik. Bu gün və yaxud dünən idi səhv etmirəmsə, Prezident Əliyev qeyd etdi ki, biz sülh və əmin-amanlıq şəraitində yaşamağı öyrənməliyik. İnandırım ki, bizim üçün adi vəziyyət deyil, çünki bu sənədlər imzalanmamışdan əvvəl buna öyrəşməmişdik. Hər gün oyanırdıq ki, sərhəddə görəsən nələr baş verib, atışmalar davam edirmi? Bu, bizim üçün hər zaman stres idi. İndi isə mən sizi bir daha əmin etmək istəyirəm ki, biz bu keçmişimizi unudub, gərək artıq konkret layihələr həyata keçirək. Biz uğur qazanacağıq, inanırıq. Bizim sazişlərimiz çox konkret prinsiplərə əsaslanıb. Bəli, ölkə olaraq biz bir-birimizin ərazi bütövlüyünə, suverenliyinə, yurisdiksiyalarına hörmət edirik, bunlar rəhbər prinsiplərdir. Bəli, sərhədlərimiz bir gün açılacaq və sadəcə, bir neçə il bundan əvvəl siyasi iradə bu səviyyədə deyildi. Eləcə də sıravi işgüzar səfərlər olacaq. Sıravi vətəndaşlarımız sərhədləri rahat keçərək münasibətlər quracaqlar. Biz bu fürsətlərdən faydalanacağıq və bu əməkdaşlıq nəticəsində Cənubi Qafqaz bütün dünya üçün çox əlverişli regiona çevriləcək.

“Azərbaycan Prezidenti cənab Əliyevə təşəkkür edirəm və bizim Baş nazirimizə də təşəkkürümü bildirməliyəm. Hər iki rəhbərə nümayiş etdirdikləri siyasi iradəyə görə minnətdaram”, - deyən V.Xaçaturyan diqqətə çatdırıb ki, burada bir məqsəd var, o da sülhdür. Sülh də olacaqdır. “Üzr istəyirəm, bir daha təkrar edirəm ki, məsələ hakimiyyətdə qalmaq deyil, sülhə nail olmaqdır. Çünki illər boyu müəyyən siyasi səbəblər ucbatından sülh prosesi yubanırdı, ancaq danışıqlar davam edirdi və ortalıqda heç bir nəticə yox idi. Elə oldu ki, artıq iki ölkənin rəhbərləri ümumi prinsiplər üzərində razılığa gəldilər”, - deyə o əlavə edib.

x x x

Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç “Serbiyanın Avropa ilə Asiya arasında körpü rolunu necə görürsünüz?” sualına cavabında müasir dünyada baş verən hadisələr fonunda ölkələrin bir-biri ilə əməkdaşlıq etməyinin vacibliyindən danışaraq deyib: Qafqaz ölkələri Avropa ilə Asiya arasında vasitəçi, eyni zamanda, qovşaq ölkələrdir. Əslində, biz hər üçümüz ölkə olaraq Avropa siyasi icmasının üzvüyük.

x x x

İnvestisiya yatırılması baxımından hansı strategiyaların rəqabəti gücləndirə biləcəyi ilə bağlı suala cavabında Türkiyənin “Limak Holdinq” şirkətinin İdarə Heyətinin sədri Ebru Özdemir bildirib ki, hər bir ölkəyə investisiya uzunmüddətli sabitlik, sülh və əmin-amanlıq olduqda yatırılır. O qeyd edib ki, sabitlik olmadıqda heç kim ölkəyə investisiya qoymayacaq.

Azərbaycan və Ermənistan prezidentlərinin tədbirdə iştirakına toxunan E.Özdemir diqqətə çatdırıb ki, sülh və əmin-amanlığın uzunmüddətli olması investorların ölkəyə gələcəyinə dəlalət edir. “TRIPP-lə bağlı imzalanmış sazişi də oxumuşam, kifayət qədər təsbit edilmiş prinsiplər var”, - deyən “Limak Holdinq”in rəhbəri diqqətə çatdırıb ki, investisiyalar məhz bu kimi sazişlərin sayəsində cəlb olunacaq. O, həmçinin qeyd edib ki, Orta Dəhlizlə bağlı da daha çox iş görülə bilər.

x x x

Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç E.Özdemirin fikrinə əlavə olaraq bildirib ki, bu gün sülh, sabitlik heç zaman olmadığı qədər vacibdir. O, təəssüflə bildirib ki, müasir dünyada müəyyən prinsiplərə riayət edilmir. Heç kəs çoxtərəflilik prinsiplərinə hörmət etmir, bu isə böyük bir xətadır, keçmişdə yol verilən səhvdir.

Moderator: Mən bu sualı Prezident Əliyevə ünvanlamaq istərdim. Siz necə düşünürsünüz? Siz Prezident Vuçiçin dediyi kimi, bu həlli necə görürsünüz? Vəziyyətdən necə çıxmaq olar? Dünyada hazırkı şokların təsirini necə yumşaltmağa çalışırsınız? Çoxtərəfliliyin hazırkı forması və siması nəinki dəyişir, bununla belə, o, ümumiyyətlə, yaxşı işləmir.

Prezident İlham Əliyev: Düşünürəm ki, hər bir şey öz əllərimizdədir. O, sizin gündəliyinizdən asılıdır. O, sizin planınızdan, gələcək üçün baxışlarınızdan asılıdır. Ermənistanla sülhə gəlincə və ondan əvvəl mövcud olmuş 30 illik münaqişəyə toxunduqda, biz bir ölkə, bir xalq kimi çox ağır vaxtlar yaşamışıq: ərazilərin itirilməsini, milyonlarla insanın evsiz qalmasını və məcburi köçkünə çevrilməsini görmüşük. Lakin ümidimizi itirmədik. Ədaləti, beynəlxalq hüququ və suverenliyimizi bərpa etməkdə cəsarətimizi itirmədik. Bu, bizdən 30 il aldı. Həmin vaxt, 30, 20 və 10 il əvvəl və indi beynəlxalq təsisatların davranışı dəyişmədi. Biz dəyişdik bunları. Biz kiminsə gəlib bizim üçün hər bir şeyi düzəldəcəyinə inanmağı dayandırdıq. Beynəlxalq vasitəçiliklə bağlı bütün ümidlərimiz tam alt-üst oldu.

Ali beynəlxalq qurum - Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası ərazilərimizdən erməni qoşunlarının çıxarılmasını tələb edən dörd qətnamə qəbul etdi. Onlar kağız üzərində qaldı. ATƏT və digər beynəlxalq təsisatlar çoxsaylı qətnamələr qəbul etdilər. Onların heç biri biz vəziyyəti öz əlimizə alanadək həyata keçirilmədi. Biz özümüz bunu etdik. Biz ədaləti, beynəlxalq hüququ, suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa etdik, sonra isə sülhə nail olduq.

Biz dayandıq. Otuz il əziyyət çəkmiş ölkənin lideri olaraq lazımi vaxtda dayanmaq olduqca məsuliyyətli və vacib qərar idi. Biz davam edə bilərdik. Mən sizinlə və burada əyləşənlərlə çox açıq danışmaq istəyirəm. Ancaq belə olduğu halda, bu sonsuz müharibələr daha çox əziyyət və qurbanlar ilə nəticələnəcəkdi. Beləliklə, müharibə heç vaxt bitməyəcəkdi. Kimsə bunu dayandırmalı idi və biz buna son qoymaq qərarına gəldik.

Bəli, həmin fəsli bağlamaq və sülh üçün imkanları görməklə bağlı qərar Azərbaycan və Ermənistan liderlərinin birgə qərarı idi. Dediyim kimi, artıq bu, rekord bir sürətlə baş verdi - müharibədən, 2023-cü ilin sentyabr ayının ciddi hərbi toqquşmasından 2025-ci ilin avqust ayınadək. Həmin vaxt mən və Ermənistanın Baş naziri bəyannaməni imzaladıq və sülh sazişi Prezident Trampın iştirakı ilə paraflandı. O isə həmin bəyannaməni şahid kimi imzaladı. Dediyim kimi, biz həmin müharibəyə dünyanın bir nömrəli ofisində son qoyduq.

Biz beynəlxalq təsisatlara arxalanmamalıyıq. Mən Aleksandar ilə razılaşıram ki, bu gün vəziyyət heç vaxt olmadığı qədər mürəkkəbdir. Ancaq mən onun bədbinliyini bölüşmürəm, çünki vəziyyət nəzarətə götürülürsə, milli maraqlara və rəhbərlik etdiyin xalqa bağlılıq varsa, o zaman uğura nail olmaq mümkündür.

O ki qaldı, çoxtərəflilik, birtərəflilik və proteksionizmə, biz bütün bunların iflasa uğradığını görürük. Ümumdünya Ticarət Təşkilatı iflic olub. Yeri gəlmişkən, 30 il ərzində edilmiş dəvətlərə rəğmən biz Ümumdünya Ticarət Təşkilatına qoşulmadıq, çünki öz iqtisadi suverenliyimizi qorumaq istəyirdik. Biz siyasi suverenliyə malik olmaqla yanaşı, müxtəlif tərəflərlə yaxşı münasibət saxlamaq istəyirik.

Biz Avropa İttifaqının 10 üzvü ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalamışıq. Eyni zamanda, Çin ilə hərtərəfli strateji tərəfdaşlıq sazişinə malikik və ABŞ ilə Strateji tərəfdaşlıq nizamnaməsini müzakirə edirik. Bütün bunlar mümkündür və bir-biri ilə ziddiyyət təşkil etmir. Ölkə və onun gələcəyi ilə bağlı aydın baxışa malik olduqda, gücə sahib olduqda və vahid mövqedən çıxış edən cəmiyyətin olduğu təqdirdə haqqınızda və gördüyünüz işlər barəsində kimin nə dediyinin və nə məqalə dərc etdirməsinin heç bir əhəmiyyəti yoxdur.

Beləliklə, mən daha nikbinəm, xüsusilə də bizim Ermənistanla bağlı məsələmizdə. Otuz il davam etmiş müharibə və qan tökülməsindən sonra həqiqi sülhün bərqərar olması hər halda misilsiz bir hadisədir.

x x x

Moderatorun sualını cavablandıran Ermənistan Respublikasının Prezidenti Vaaqn Xaçaturyan bildirib ki, Ermənistan ilə Azərbaycanın siyasi rəhbərliyi prinsipial razılığa gəlməsəydilər, müharibə davam edəcəkdi: Cənab Prezident İlham Əliyevlə razıyam ki, əks təqdirdə, bu müharibə davam edəcəkdi. Uzun-uzadı davam edəcəkdi. Yəni heç bir gələcək vəd etməyən hadisə olacaqdı. Ona görə də mən müharibəyə, insan itkilərinə gətirib çıxaran heç bir siyasi yanaşmanı qəbul etmirəm.

Ermənistan Prezidenti qeyd edib ki, hər iki ölkə lideri sülh və xalqlarımızın rifahı yolunu seçdi. Bu isə ən ümdə məsələdir. “Mən nikbinəm ki, biz uğur qazanacağıq”, – deyən V.Xaçaturyan bildirib ki, iki ölkə arasında birgə iqtisadi və mədəni layihələr olacaq. Bu məqamla bağlı presedent də var. İki ölkənin vətəndaş cəmiyyətlərinin nümayəndələri artıq görüşüblər. Yaxın gələcəkdə işgüzar insanlar, biznes icmaları da görüşəcəklər. O, həmçinin deyib: Artıq Ermənistanda insanlar avtomobillərinə Azərbaycan benzinini doldururlar. Əvvəllər bu məsələ ilə bağlı düşmənçilik mövqeyi sərgilənirdi. Amma bu, yeni reallıqlardır.

x x x

Türkiyənin “Limak Holdinq” şirkətinin İdarə Heyətinin sədri Ebru Özdemir regionda yaşanan proseslərdən söz açaraq bildirib ki, Azərbaycan ilə Ermənistan arasında çox müsbət işlər görülür. Türkiyə də bu mənada vasitəçi rolu oynayacaq, sərhədlər açılacaq. O deyib: “Azərbaycan bizim qardaş, dost ölkəmizdir. Gürcüstanı da qeyd etməliyik. Bu paneldə biz daha çox regional investisiyalardan danışırıq. Nələri əvvəllər etməmişik? Nələri hazırda həyata keçirməliyik? Nələr daha çox həyata keçirilə bilər? Sülh, sabitlik varsa, niyə də investisiya gəlməsin?”.

x x x

Moderator: Çox maraqlı dinamikadır. Avrasiya regionu və burada təmsil etdiyiniz ölkələr region naminə əməkdaşlığı gücləndirdiyi bir vaxtda, sizin də qeyd etdiyiniz kimi, qlobal geosiyasi mənzərə tamamilə fərqli görünür. Burada parçalanma nəzərə çarpır. Yekun şərh olaraq hər birinizin fikrini öyrənmək istərdim. Həmin parçalanan və həssas qlobal mənzərədə Avrasiyanı necə görürsünüz? Prezident Əliyev, buyurun.

x x x

Prezident İlham Əliyev: Avrasiya çox böyük bir coğrafi məkandır. Biz öz regionumuzu, bilavasitə qonşularımızı düşünürük. Şadam ki, müstəqillik illərində biz bütün qonşularımızla çox yaxın işgüzar münasibətlər qura bilmişik. Burada istisna Ermənistandır və bunun səbəbləri hər kəsə məlumdur. Lakin de-fakto sülh bərqərar olduğu üçün biz iqtisadi əməkdaşlığa və ixrac əməliyyatlarına başlamışıq. Azərbaycan Qazaxıstandan və Rusiyadan Ermənistana yüklərin daşınması ilə bağlı bütün məhdudiyyətləri aradan qaldırıb. Bizə artıq Ermənistandan Rusiyaya yüklərin nəql edilməsi ilə bağlı müraciət daxil olub. Yəni biz de-fakto birtərəfli qaydada dəhlizləri açdıq. Bəli, bu gün bu daşımalar Gürcüstan vasitəsilə həyata keçirilir. Ancaq bir gün bu, Ermənistan ərazisindən həyata keçiriləcək. Bir gün Ermənistana məxsus yüklər birbaşa Azərbaycan vasitəsilə daşınacaq və həmin gün çox da uzaqda deyil.

Bizim üçün qardaş ölkə olan Türkiyə ilə çox sıx müttəfiqlik münasibətləri qurmuşuq, Türkiyəyə nəhəng sərmayələr yatırmışıq. Bizim Türkiyəyə sərmayələrimizin həcmi 20 milyard dollardan çoxdur. Hazırda biz Gürcüstana ən böyük sərmayə qoymuş ölkələr sırasındayıq. Gürcüstan ərazisindən keçən dəhlizlərlə yanaşı, Amerika Birləşmiş Ştatlarının himayəsi altında həyata keçirilən və TRIPP adlanan bağlantı layihəsi Xəzər dənizindən keçərək Asiyadan Azərbaycana, Ermənistana, Azərbaycanın bir parçası olan Naxçıvandan Türkiyəyə, oradan isə Avropaya qədər uzanan yeni bir nəqliyyat dəhlizi olacaqdır. Marşrutların çoxluğu istehlakçıların, təchizatçıların və tranzit ölkələrin xeyrinədir.

Ölkə olaraq biz hər zaman diqqətimizi regional gündəliyimizə yönəldirik. Biz regionda istədiyimizə nail ola bilmiriksə, qlobal məqsədlərdən söhbət gedə bilməz. Ancaq bu gün biz paralel şəkildə gedən Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə yaxınlaşmasından bəhs edirik. Bu, mütləq paralel şəkildə və eyni vaxtda Türkiyə ilə Ermənistan və Azərbaycan ilə Ermənistan arasında diplomatik münasibətlərin qurulması ilə nəticələnəcək. Bununla da biz geniş coğrafi ərazidə, Avrasiyanın bir hissəsində bağlantı, enerji təhlükəsizliyi, sülh və sabitlik baxımından olduqca əhəmiyyətli addım atırıq. Bu, uzun illər davam edən müharibələrin əməkdaşlığa və tərəfdaşlığa çevrilməsinin nümunəsidir.

x x x

Sonra Ermənistan Respublikasının Prezidenti Vaaqn Xaçaturyan bildirib ki, əslində, Prezident İlham Əliyevdən sonra nəsə demək çox çətindir.

“Çünki Prezidentin söylədiklərini təkrar etməliyəm. Prezident İlham Əliyevin söylədiyi fikirlər bizim fikirlərimizlə, prinsiplərimizlə üst-üstə düşür. İstər Orta Dəhliz marşrutu olsun, istər Cənubi Qafqazın yeni logistika imkanları getdikcə daha mühüm əhəmiyyət kəsb etməyə başlayır. Odur ki, bizim regionumuzun əhəmiyyəti də istər Avropa İttifaqı, Avropa ölkələri üçün ayrı-ayrılıqda, həmçinin Uzaq Şərqdə getdikcə artmaqdadır”, - deyən Ermənistan Prezidenti sonda vurğulayıb ki, Prezident İlham Əliyevin də söylədiyi kimi, uzunmüddətli və davamlı sülh olmalıdır.

x x x

“Mən Cənubi Qafqazdakı dostlarıma görə çox sevinirəm”, - deyən Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Azərbaycanın Serbiyaya yatırdığı sərmayədən söz açıb. Həmçinin bildirib ki, Belqradla Bakı, eləcə də Tbilisi ilə birbaşa aviareys nəzərdə tutulur, Ermənistanla da belə birbaşa uçuşlar təşkil edilə bilər. “Beləliklə, biz gələcəkdə Qərblə yanaşı, Şərqə doğru da əməkdaşlığımızı genişləndirəcəyik, dostlarımızla münasibətlərimizi gücləndirəcəyik”, - deyə o əlavə edib.

Serbiya Prezidenti deyib: “Cənab Prezident İlham Əliyevin söylədiyi fikirlərlə bağlı bir mövqe var: o, həqiqətən də müasir dünyada böyük, dahi liderlərdən biridir və indiki dövrdə belə bir lideri çox nadir halda görmək olur. Bunun çox böyük təsir effekti var və bu, danılmamalıdır. Bəli, biz müasir Azərbaycanı görürük”.

Çıxışının sonunda Aleksandar Vuçiç ümid etdiyini vurğulayıb ki, Serbiya Azərbaycan, Türkiyə, həmçinin Ermənistan kimi mehriban, dost ölkələrin dəstəyi sayəsində çətinliklərin öhdəsindən gələ biləcək.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://unikal.az
archiveBu xəbər 21 Yanvar 2026 09:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see270

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see259

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see216

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see209

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see205

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see191

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see187

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see187

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see179

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see166

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see165

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see149

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see146

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see144

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see143

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see137

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see136

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see135

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri