Icma.az, 525.az portalına istinadən məlumat verir. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nüfuzlu Şeyx Zayed Fondu tərəfindən elan edilən 2026-
Cənab Prezident bu mötəbər mükafata sülhpərvər və möhtəşəm sülh quruculuğu xidmətlərinə görə layiq görülüb.
Dövlət başçısı Qafqazda onilliklər ərzində davam edən münaqişəyə və humanitar əzablara son qoyduğuna və “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş”in paraflanmasına nail olduğuna görə bu ali mükafatla təltif olunub.
Bu gün Azərbaycan regionda sülhün, sabitliyin bərqərar olmasında mühüm rol oynayır.
44 günlük Vətən müharibəsi, bir günlük antiterror əməliyyatı ilə öz ərazi bütövlüyünü və suverenliyini tam bəpa edən Azərbaycan regionda yeni geosiyasi reallıqlar yaratdı, eyni zamanda, sülh təşəbbüsləri, sülh istiqamətində addımları, səyləri ilə bölgənin inkişafı, əməkdaşlığın qurulmasının memarı oldu.
Bununla da müharibədə qalib dövlət olan Azərbaycan həm də sülhü qazandı.
Prezidentin qətiyyətli və prinsipial siyasəti nəticəsində Ermənistanı revanşizmə və regionu yeni qarşıdurmaya sürükləyən cəhdlərin də qarşısı alındı.
Nəhayət, 2025-ci ilin avqustunda Vaşinqtonda Azərbaycanın bütün səyləri, təşəbbüsləri mühüm diplomatik nəticə ilə yekunlaşdı, məsələyə nöqtə qoyuldu, regionda sülh bərqərar oldu.