Icma.az
close
up
RU
Menu

İran rejimi legitimliyini itirir ŞƏRH

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Saça yapışan saqqızdan qurtulmağın yolları

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

“Prezident sülh prosesində mühüm töhfələrinə görə bu mükafata layiq görüldü” Deputat

“Prezident sülh prosesində mühüm töhfələrinə görə bu mükafata layiq görüldü” Deputat

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nüfuzlu Şeyx Zayed Fondu tərəfindən elan edilən 2026-cı il üçün “Zayed İnsan Qardaşlığı Mükafatı”nın qalibləri arasında Azərbaycan Prezidenti İlham Əliyev də yer alır. Cənab Prezident bu mötəbər mükafata sülhpərvər və möhtəşəm sülh quruculuğu xidmətlərinə görə layiq görülüb. Dövlət başçısı Qafqazda onilliklər ərzində davam edən münaqişəyə və humanitar əzablara son qoyduğuna və “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş”in paraflanmasına nail olduğuna görə bu ali mükafatla təltif olunub.

Bu gün Azərbaycan regionda sülhün, sabitliyin bərqərar olmasında mühüm rol oynayır. 44 günlük Vətən müharibəsi, bir günlük antiterror əməliyyatı ilə öz ərazi bütövlüyünü və suverenliyini tam bəpa edən Azərbaycan regionda yeni geosiyasi reallıqlar yaratdı, eyni zamanda, sülh təşəbbüsləri, sülh istiqamətində addımları, səyləri ilə bölgənin inkişafı, əməkdaşlığın qurulmasının memarı oldu. Bununla da müharibədə qalib dövlət olan Azərbaycan həm də sülhü qazandı.

Prezidentin qətiyyətli və prinsipial siyasəti nəticəsində Ermənistanı revanşizmə və regionu yeni qarşıdurmaya sürükləyən cəhdlərin də qarşısı alındı. Nəhayət, 2025-ci ilin avqustunda Vaşinqtonda Azərbaycanın bütün səyləri, təşəbbüsləri mühüm diplomatik nəticə ilə yekunlaşdı, məsələyə nöqtə qoyuldu, regionda sülh bərqərar oldu.

Bakı hazırda qeyd edilən istiqamətdə praktik addımlarını davam etdirir. BƏƏ-nin Şeyx Zayed Fondunun qərarı onu nümayiş etdirdi ki, Azərbaycan dünyada sülhyaradan, qlobal əməkdaşlığı, dialoqu təşviq edən dövlət kimi qəbul edilir.

Onu da qeyd edək ki, Şeyx Zayed Fondu BƏƏ-nin banisi Şeyx Zayed bin Sultan Əl Nəhyanın irsini yaşatmaq üçün təsis edilib.  Fondun əsas missiyası humanizm, dözümlülük, ətraf mühitin qorunması və xalqlararası sülhün təşviqidir. “Zayed İnsan Qardaşlığı Mükafatı” dünyada sülh, həmrəylik və dinc-yanaşı yaşama prinsiplərini təşviq edən şəxslərə və qurumlara verilən nüfuzlu beynəlxalq mükafatdır.

Milli Məclisin deputatı Ceyhun Məmmədov 525.az-a bildirib ki, Prezidentin bu mükafata layiq görülməsinin çox ciddi səbəbləri var. Dövlət başçısı sülh quruculuğu istiqamətində dünyanın diqqətini öz üzərinə çəkən liderdir.

“Bu gün bölgəmizdə sürətlə sülh quruculuğu prosesi gedir. Bu prosesdə biz bir neçə vacib məqamı qeyd edə bilərik. Prezidentin vurğuladığı kimi, bölgəmizdə sülhün qurucusu, sülhə töhfə verən ölkə məhz Azərbaycandır. Yəni bu işlər Azərbaycanın rəhbərliyi ilə aparılır. Cənab Prezident bölgəmizə sülhün gəlməsi üçün ardıcıl və sistemli tədbirlər həyata keçirir və bunlardan biri dediyimiz istiqamətdə görülən işlərdir. Əlbəttə ki, bütün bunlar, yəni Prezidentin sülh prosesinə töhfələri nəzərə alınaraq dövlət başçısı belə bir mükafata layiq görüldü. Hesab edirəm ki, bu mükafat Prezidentə olan etimad, onun sülh təşəbbüslərinə, Azərbaycan və Ermənistan sülh prosesində gördüyü işə verilən qiymətdir. Bu, eyni zamanda ölkəmizin nüfuzunun, Prezidentə olan yüksək etimadın göstəricisidir. Bu mükafata dünya tərəfindən Prezidentin fəaliyyətinin qiymətləndirilməsi kimi baxmaq lazımdır”, - deputat deyib.

O əlavə edib ki, beynəlxalq ictimaiyyət Azərbaycanın atdığı addımları təqdir edir, dəstəkləyir: “Bu, olduqca vacid və önəmli mahiyyət daşıyan məsələdir. Mükafat ölkəmizin, Prezidentin qlobal miqyasda nüfuzunun artmasının göstəricisidir”.

Pərvanə Sultanova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:40
embedMənbə:https://525.az
archiveBu xəbər 21 Yanvar 2026 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see284

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see277

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see226

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see216

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see213

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see208

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see199

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see198

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see195

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see186

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see181

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see177

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see172

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see156

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see154

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see154

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see153

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see152

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see151

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri