Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Kipr danışıqları ilə bağlı Status-kvonu saxlayan stereotiplərdən uzaqlaşmağın vaxtıdır.
Xalqımız arxayın ola bilər və Cenevrədəki sammitdə mən 62 ildir məhrum olduğumuz fundamental insan hüquqlarımızı bərqərar etmək üçün səy göstərəcəyəm”.
Bizimyol.info xəbər verir ki, bunu Şimali Kipr Türk Respublikasının (ŞKTC) Prezidenti Ersin Tatar deyib.
Tatar: “Keçən həftə Yunanıstanın əvvəlki liderinin kitabını reklam edərək özünə haqq qazandırmağa çalışaraq başlayan və ŞKTC-nin əvvəlki prezidenti və siyasətçilərinin də iştirak etdiyi “nostalji” kimi müzakirələrə çevrilən danışıqları maraqla izləyirəm.
Xüsusilə bizim tərəfimizdən verilən şərhlərə və bəyanatlara baxanda anlayıram ki, xalqımızın hüquqları bir kənara qoyulur, faktlar siyasi və ideoloji səbəblərdən kənara çəkilir, keçmişin faydasız əzbərindən istifadə olunmaqda davam edir və bundan sonra da istifadə olunacaq”, - deyə qeyd edib.
Prezident: “1968-ci ildən başlayan 57 illik müddət ərzində aydınlaşan faktları görməzlikdən gələrək, Kipr türklərinin iradəsini öyrənilmiş acizlik və günah psixologiyası çərçivəsində məhdudlaşdıraraq yunan tərəfini razı salmağa və inandırmağa çalışanlar bu zəmində niyə namizəd olmağa hazırlaşdıqlarını başa düşməlidirlər”, - deyib.
Tatar, Kipr türk xalqının 1963-cü ildən bəri təcrid zülmü altında əzilməsinin yeganə səbəbinin xalqın gələcəyinin Yunan tərəfinin iradəsinə buraxılması olduğunu qeyd edərək, açıqlamasını belə davam etdirib: Bu dəhşətli vəziyyətə verilə biləcək ən yaxşı nümunə 2004-cü ildə eyni vaxtda və ayrı-ayrılıqda keçirilən Annan Planı referendumları və onların nəticələridir.