Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Qarabağ bu günlərdə mühüm beynəlxalq tədbirə — Üçüncü Qlobal Media Forumuna ev sahibliyi edir.
Foruma 52 ölkədən 140-a yaxın xarici qonaq, o cümlədən 30-dan çox informasiya agentliyi, 7 beynəlxalq təşkilat və 80-ə yaxın media qurumu, həmçinin sahə üzrə əlaqəli digər təşkilatların nümayəndələri qatılıb.Forumun açılışında Prezident İlham Əliyevin iştirakı və çıxışı tədbirə xüsusi siyasi çəki verib və gələcəyə dair vacib mesajlar səsləndirilib.Əməkdar jurnalist, politoloq Tofiq Abbasov Qlobal Media Forumunun əhəmiyyəti və bu platformanın yeni mərhələyə keçidi barədə Bakupost.az -a danışıb.
Onun sözlərinə görə, bu tədbir artıq təkcə milli media üçün deyil, həm də qlobal informasiya əməkdaşlığı baxımından strateji platformaya çevrilir:“Bu forumun əsas qayəsi ondan ibarətdir ki, yeni Şuşa platforması beynəlxalq əməkdaşlıq, mübadilə platformasına çevrilsin.
Çünki informasiya sahəsində xeyli problemlər yaşanır. Dünyada indi oturuşmuş “fake news” sistemi var, digər tərəfdən, artıq klassik jurnalis
Bunu edənlər çalışırlar ki, medianı artıq sırf klassik ideoloji bir vasitəyə çevirsinlər.
Halbuki jurnalistikanın fundamental qanunları ilk növbədə insanları məlumatlandırmaq, onları agah etməyə xidmət edir.Biz bir daha əmin olduq ki, üçüncü forum olmağına baxmayaraq, tədbirin coğrafiyası xeyli genişlənib.
50-dən artıq ölkənin nümayəndələri, 80-dən artıq agentlik və media strukturlarının təmsilçilərinin iştirakı onu göstərir ki, artıq Şuşa platforması dünyada öz yerini tapa bilib.