Icma.az
close
up
RU
Prezident vacib ideyalar irəli sürdü ŞƏRH

Prezident vacib ideyalar irəli sürdü ŞƏRH

Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Qarabağ bu günlərdə mühüm beynəlxalq tədbirə — Üçüncü Qlobal Media Forumuna ev sahibliyi edir.

Foruma 52 ölkədən 140-a yaxın xarici qonaq, o cümlədən 30-dan çox informasiya agentliyi, 7 beynəlxalq təşkilat və 80-ə yaxın media qurumu, həmçinin sahə üzrə əlaqəli digər təşkilatların nümayəndələri qatılıb.

Forumun açılışında Prezident İlham Əliyevin iştirakı və çıxışı tədbirə xüsusi siyasi çəki verib və gələcəyə dair vacib mesajlar səsləndirilib.

Əməkdar jurnalist, politoloq Tofiq Abbasov Qlobal Media Forumunun əhəmiyyəti və bu platformanın yeni mərhələyə keçidi barədə Bakupost.az -a danışıb. Onun sözlərinə görə, bu tədbir artıq təkcə milli media üçün deyil, həm də qlobal informasiya əməkdaşlığı baxımından strateji platformaya çevrilir:


“Bu forumun əsas qayəsi ondan ibarətdir ki, yeni Şuşa platforması beynəlxalq əməkdaşlıq, mübadilə platformasına çevrilsin. Çünki informasiya sahəsində xeyli problemlər yaşanır. Dünyada indi oturuşmuş “fake news” sistemi var, digər tərəfdən, artıq klassik jurnalistikanın özünün çökdürülməsi təhlükəsi var. Bunu edənlər çalışırlar ki, medianı artıq sırf klassik ideoloji bir vasitəyə çevirsinlər. Halbuki jurnalistikanın fundamental qanunları ilk növbədə insanları məlumatlandırmaq, onları agah etməyə xidmət edir.

Biz bir daha əmin olduq ki, üçüncü forum olmağına baxmayaraq, tədbirin coğrafiyası xeyli genişlənib. 50-dən artıq ölkənin nümayəndələri, 80-dən artıq agentlik və media strukturlarının təmsilçilərinin iştirakı onu göstərir ki, artıq Şuşa platforması dünyada öz yerini tapa bilib. Təbii ki, Prezident İlham Əliyevin burada iştirakı son dərəcə mühüm bir məsələdir. Ona görə ki, bu proseslərdə prezidentin özünün çox vacib iştirakı var. O, media məsələlərində özünəməxsus bir mövqe tutan dövlət başçısıdır, digər tərəfdən dünya siyasi elitasının öncüllərindən biridir. Hesab edirəm ki, prezident son dərəcə vacib imperativlər, fikirlər, ideyalar irəli sürür və bunlar həm Azərbaycan, həm də xarici media mənsubları üçün praktiki mahiyyət daşıyır".

Tofiq Abbasovun sözlərinə görə, həm media mənsubları, həm də siyasi dairələr informasiya təhlükəsizliyinin güclənməsində maraqlıdırlar:

"Çünki media təhlükəsizliyinin güclənməsi insanları yanlışlıqlardan sığortalayır, özünəməxsus bir mayak rolunu oynayır. Biz öz təcrübəmizdə də gördük ki, “fake news”dan istifadə edən qüvvələr çalışırlar ki, ictimai fikri yayındırsınlar, sağlam qüvvələri çaşdırsınlar. Məsələn, özümüzdən götürək. Vaxtilə, informasiya sahəsində nə qədər mübarizə apardıq ki, dünya Azərbaycanı işğalçı yox, işğalın qurbanı kimi tanısın.

Bu prosesdə Prezident İlham Əliyevin özünün çox əvəzsiz rolu var. İlk növbədə o, müharibə günlərində 40-a yaxın media strukturuna, dünyanın məşhur media mənsublarına müsahibələr verdi və suları durultdu. Göstərdi ki, bəli, Azərbaycan haqq mübarizəsi aparır və onun qayəsi öz ərazi bütövlüyünü, vətəndaşlarının hüquqlarını bərpa etmək, Qafqaz bölgəsində sülh yaratmaq və onu möhkəmlətməkdir

Ümumilikdə forum çox uğurludur və elə bilirəm ki, xaricdən gələn qonaqlar, eləcə də Azərbaycanı təmsil edən iştirakçılar hər biri Xankəndini çox dolğun təəssüratlarla tərk edəcəklər”.


Aysel,

BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 21 İyul 2025 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see310

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see273

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see264

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see263

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see256

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see249

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see245

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see232

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see220

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see219

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see215

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see213

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see203

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see190

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see187

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see186

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see174

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see172

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see170

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri