Prezidentə qarşı cadugərlik etməkdə şübhəli bilinənlər saxlanıldı

22.12.2024

Icma.az bildirir, Teleqraf.com saytına əsaslanaraq.

Zambiyada iki nəfər ölkə prezidenti Hakainda Hiçilemaya “cadugərlik” yolu ilə “zərər vermək”də şübhəli bilinərək saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə yerli "ZNBC" telekanalı məlumat yayıb.
“Şübhəlilərin üzərində müxtəlif amuletlər, canlı buqələmun tapılıb və onların cadugərliklə məşğul olduqları güman edilir. Onların məqsədi dövlət başçısına xələl gətirmək üçün cadugərlikdən istifadə etmək olub”, - nəşr yazır.
Məlumatda deyilir ki, saxlanılan şəxslər Mozambik vətəndaşlarıdır. Polisin ilkin məlumatına görə, onlar müxalif zambiyalı siyasətçi Emmanuel Cey Bandanın xaricdə olan qardaşının sifarişi ilə bu işi görüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью