Prezidentə qarşı cadugərlik etməkdə şübhəli bilinənlər saxlanıldı
Icma.az bildirir, Teleqraf.com saytına əsaslanaraq.
Zambiyada iki nəfər ölkə prezidenti Hakainda Hiçilemaya “cadugərlik” yolu ilə “zərər vermək”də şübhəli bilinərək saxlanılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə yerli "ZNBC" telekanalı məlumat yayıb.
“Şübhəlilərin üzərində müxtəlif amuletlər, canlı buqələmun tapılıb və onların cadugərliklə məşğul olduqları güman edilir. Onların məqsədi dövlət başçısına xələl gətirmək üçün cadugərlikdən istifadə etmək olub”, - nəşr yazır.
Məlumatda deyilir ki, saxlanılan şəxslər Mozambik vətəndaşlarıdır. Polisin ilkin məlumatına görə, onlar müxalif zambiyalı siyasətçi Emmanuel Cey Bandanın xaricdə olan qardaşının sifarişi ilə bu işi görüb.

Saatlıda qətl törətməkdə şübhəli bilinənlər saxlanıldı
16 Fevral 2025 15:26
Ağdamda məktəbli qıza cinsi zorakılıqda şübhəli bilinənlər saxlanıldı
10 Sentyabr 2025 11:17
Braziliyada prezidentə suiqəsd cəhdində şübhəli bilinən şəxslər saxlanılıblar
19 Noyabr 2024 23:25
Dələduzluqda şübhəli bilinənlər ələ keçdi
13 Sentyabr 2025 17:58

