Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Namiq Əhmədov, YAP Xəzər rayon təşkilatının sədri Prezident cənab İlham Əliyevin xarici mətbuata verdiyi müsahibələr Azərbaycanın beynəlxalq aləmdəki mövqeyinin daha da gücləndirilməsində çox önəmli rol oynayır.
Bu müsahibələr vasitəsilə dövlət başçımız ölkənin siyasi, iqtisadi və mədəni strategiyasını geniş auditoriyalara çatdırır və həm də erməni dezinformasiyasına qarşı effektiv cavab verir.
Birinci növbədə, Prezident İlham Əliyevin müsahibələri Azərbaycanın haqq səsinin bütün dünya ictimaiyyətinə çatdırılması üçün önəmlidir.
Xüsusən, 44 günlük Vətən müharibəsi dövründə Prezidentin xarici mediaya verdiyi müsahibələr beynəlxalq ictimaiyyətə müharibənin real səbəblərini, tarixi faktları və Qarabağla bağlı həqiqətləri çox dolğun şəkildə izah etdi.
Bu, həm Azərbaycanın haqq ədalət mübarizəsini beynəlxalq arenada legitimləşdirdi, həm də erməni təbliğatını ifşa etdi.
Digər bir önəmli məqam, bu müsahibələrin ölkənin iqtisadi potensialı və strateji məqsədləri haqqında şəffaf məlumatları çatdırmasıdır.
Prezident cənab İlham Əliyev müsahibələrində neft-qaz sektorunda qazandığımız nailiyyətlərə, qeyri-neft sektorunun inkişaf perspektivlərinə, eləcə də ölkənin nəqliyyat-logistika mərkəzi kimi əhəmiyyətli rolu üzərində dayanır.