Icma.az
close
up
RU
Prezidentin müsahibəsində ifadə etdiyi fikirlər bir daha Azərbaycanın sülhə yönəlmiş siyasətini təsdiqlədi

Prezidentin müsahibəsində ifadə etdiyi fikirlər bir daha Azərbaycanın sülhə yönəlmiş siyasətini təsdiqlədi

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Namiq Əhmədov,

YAP Xəzər rayon təşkilatının sədri

Prezident cənab İlham Əliyevin xarici mətbuata verdiyi müsahibələr Azərbaycanın beynəlxalq aləmdəki mövqeyinin daha da gücləndirilməsində çox önəmli rol oynayır. Bu müsahibələr vasitəsilə dövlət başçımız ölkənin siyasi, iqtisadi və mədəni strategiyasını geniş auditoriyalara çatdırır və həm də erməni dezinformasiyasına qarşı effektiv cavab verir. Birinci növbədə, Prezident İlham Əliyevin müsahibələri Azərbaycanın haqq səsinin bütün dünya ictimaiyyətinə çatdırılması üçün önəmlidir. Xüsusən, 44 günlük Vətən müharibəsi dövründə Prezidentin xarici mediaya verdiyi müsahibələr beynəlxalq ictimaiyyətə müharibənin real səbəblərini, tarixi faktları və Qarabağla bağlı həqiqətləri çox dolğun şəkildə izah etdi. Bu, həm Azərbaycanın haqq ədalət mübarizəsini beynəlxalq arenada legitimləşdirdi, həm də erməni təbliğatını ifşa etdi. Digər bir önəmli məqam, bu müsahibələrin ölkənin iqtisadi potensialı və strateji məqsədləri haqqında şəffaf məlumatları çatdırmasıdır. Prezident cənab İlham Əliyev müsahibələrində neft-qaz sektorunda qazandığımız nailiyyətlərə, qeyri-neft sektorunun inkişaf perspektivlərinə, eləcə də ölkənin nəqliyyat-logistika mərkəzi kimi əhəmiyyətli rolu üzərində dayanır. Bununla da, xarici investorları cəlb edir və ölkənin iqtisadi çəkisini artırır. Dövlət başçımız müsahibələrdə Azərbaycanın multikultural və tolerant dəyərlərini təbliğ edir, ölkənin bu istiqamətdə bölgə və dünya miqyasində oynadığı rolu vurğulayır. Bu da Azərbaycanın müsbət imicinin formalaşmasına kömək edir. Nəticə etibarilə, Prezident İlham Əliyevin xarici mətbuata verdiyi müsahibələr, Azərbaycanın milli maraqlarının müdafiəsi, beynəlxalq aləmdə ədalətin bərpası və ölkənin müasir imicinin formalaşması baxımından olduqca vacibdir.  Bu baxımdan Prezident cənab İlham Əliyevin dekabrın 17-də  “Rossiya Seqodnya” Beynəlxalq  İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı  Dmitri Kiselyova müsahibəsi də xüsusi əhəmiyyət kəsb edir.  Bu müsahibə beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməklə yanaşı, Azərbaycanın geosiyasi mövqelərini, regional sülh təşəbbüslərini və qlobal enerji siyasətindəki rolunu önə çıxarmaq baxımından çox vacibdir. Bu müsahibə, Azərbaycanın müasir dünya siyasətindəki mövqeyini göstərməklə yanaşı, ölkənin strateji hədəfləri haqda ətraflı məlumat verir.

Dövlət başçımız müsahibəsində Cənubi Qafqazda davam edən geosiyasi proseslərə və Ermənistanla normallaşma prosesinə diqqət çəkdi. O, Azərbaycanın ərazi bütövlüyünü tam bərpa etdikdən sonra regionda sülhün təmin olunması üçün sükut dövrü olduğunu vurğuladı. Prezident sülh müqaviləsinin imzalanmasını regionda davamlı sabitliyin təmin olunmasının əsas şərti kimi qiymətləndirdi. Müsahibədə xüsusilə Zəngəzur dəhlizinin reallaşmasının vacibliyi vurğulandı. Prezident Zəngəzur dəhlizini iqtisadi inteqrasiyanı təmin edəcək, eyni zamanda region üçün yeni nəqliyyat və ticarət imkanları yaradacaq strateji layihə kimi qiymətləndirdi. Dəhlizin açılmasının təxirə salınmaz bir məsələ olduğunu bildirdi və bunun regionda iqtisadi çoxtərəfli fayda yaradacağını vurğuladı.

Prezident cənab İlham Əliyev Azərbaycanın enerji strategiyasından geniş şəkildə bəhs etdi. O, Cənub Qaz Dəhlizi layihəsinin uğurla tamamlanmasını və bu dəhlizin Avropanın enerji təhlukəsizliyində oynadığı rolu vurğuladı. Prezidentimiz qeyd etdi ki, enerji sahəsindəki tərəfdaşlıq beynəlxalq əməkdaşlıq üçün yeni imkanlar yaradır. Xüsusilə Qoşulmama Hərəkatındakı sədrlik missiyası, pandemiya dövründə irəli sürülən humanitar təşəbbüslər və beynəlxalq təşkilatlarla konstruktiv dialoq Azərbaycanın qlobal arenada önəmini göstərir. Dövlət başçımız bildirdi ki, Azərbaycan müstəqil xarici siyasətini davam etdirməklə beynəlxalq tərəfdaşlıqlara öz töhfəsini verir.

Prezident İlham Əliyevin “Rossiya Seqodnya” agentliyinə verdiyi müsahibə, Azərbaycanın sülhsevər siyasətini, beynəlxalq öhdəliklərə sadiqliyini və milli maraqlarını qoruya biləcək qətiyyətini bir daha nümayiş etdirdi. Bu müsahibə vasitəsilə, Prezidentimiz beynəlxalq ictimaiyyətə Azərbaycanın strateji prioritetlərini açıq və anlaşılan formada ifadə etdi. Azərbaycanın geosiyasi rolunu gücləndirən bu kimi çıxışlar ölkənin dünya arenasındakı mövqeyini daha da möhkəmləndirir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:86
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 20 Dekabr 2024 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see265

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see210

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see205

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see199

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see183

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see175

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see171

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see162

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see161

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see142

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri