Prezidentin səfəri Qazaxıstandakı soydaşlarımız üçün yeni imkanlar YARADIR | Icma.az
Icma.az, Modern.az saytına istinadən bildirir. Prezident İlham Əliyevin son 5 ildə Qazaxıstana 7-ci səfəri baş tutub.
İki gün davam edən səfər zamanı olduqca mühüm sazişlər imzalanıb.
Dövlətimizin başçısı bildirib ki, Qazaxıstan bütün dünyada etibarlı tərəfdaş, milli maraqları çərçivəsində siyasət yürüdən dövlət kimi həm də yaxşı dostdur.
Qeyd edək ki, İlham Əliyevin Qazaxıstana, Kasım-Jomart Tokayevin ölkəmizə, xüsusi ilə də Qarabağa səfərləri iki ölkə arasında münasibətlərin gələcəkdə müxtəlif sahələrdə inkişaf edəcəyinə, həmçinin diaspor nümayəndələri ilə əməkdaşlığın gücləndiriləcəyini istisna etmir.
Modern.az-a açıqlamasında Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Cavanşir Feyziyev Azərbaycan-Qazaxstan münasibətləri bir çox aspektdən strateji əhəmiyyət daşıdığını vurğulayıb:“İlk növbədə xalqlarımızın ortaq tarixə və mədəniyyətə malik olması dövlətlərimizi də bir- birinə yaxınlaşmağa sövq edir.
Bu məsələnin emosional tərəfidir. Amma münasibətlərimizin inkişafı təkcə bu amilə əsaslanmır.
Siyasi, İqtisadi-ticari və mədəni- humanitar əlaqələrin inkişaf etdirilməsi həm də dövlətlərarası münasibətlərin praqmatikliyinə, qarşılıqlı faydalı əməkdaşlığa və daha geniş anlamda dünyada gedən proseslərin fonunda milli və geo-siyasi maraqlara söykənir”.
Hər iki ölkə Qərblə Şərqi birləşdirəcək Orta Dəhliz üzərində yerləşir.
Tam oxu
Xəbəri oxu