Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

ATƏT də dərin böhran yaşanır

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

Prezidentin səfəri Qazaxıstandakı soydaşlarımız üçün yeni imkanlar YARADIR

Prezidentin səfəri Qazaxıstandakı soydaşlarımız üçün yeni imkanlar YARADIR

Icma.az, Modern.az saytına istinadən bildirir.

Prezident İlham Əliyevin son 5 ildə Qazaxıstana 7-ci səfəri baş tutub. İki gün davam edən səfər zamanı olduqca mühüm sazişlər imzalanıb. 

Dövlətimizin başçısı bildirib ki, Qazaxıstan bütün dünyada etibarlı tərəfdaş, milli maraqları çərçivəsində siyasət yürüdən dövlət kimi həm də yaxşı dostdur.

Qeyd edək ki, İlham Əliyevin Qazaxıstana, Kasım-Jomart Tokayevin ölkəmizə, xüsusi ilə də Qarabağa səfərləri iki ölkə arasında münasibətlərin gələcəkdə müxtəlif sahələrdə inkişaf edəcəyinə, həmçinin diaspor nümayəndələri ilə əməkdaşlığın gücləndiriləcəyini istisna etmir.

Modern.az-a açıqlamasında Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Cavanşir Feyziyev Azərbaycan-Qazaxstan münasibətləri bir çox aspektdən strateji əhəmiyyət daşıdığını vurğulayıb:
“İlk növbədə xalqlarımızın ortaq tarixə və mədəniyyətə malik olması dövlətlərimizi də bir- birinə yaxınlaşmağa sövq edir. Bu məsələnin emosional tərəfidir. Amma münasibətlərimizin inkişafı təkcə bu amilə əsaslanmır. Siyasi, İqtisadi-ticari və mədəni- humanitar əlaqələrin inkişaf etdirilməsi həm də dövlətlərarası münasibətlərin praqmatikliyinə, qarşılıqlı faydalı əməkdaşlığa və daha geniş anlamda dünyada gedən proseslərin fonunda milli və geo-siyasi maraqlara söykənir”. 


Hər iki ölkə Qərblə Şərqi birləşdirəcək Orta Dəhliz üzərində yerləşir. Tək bu faktın özü hər iki ölkədə iqtisadiyyatın bir çox sahələrinin inkişafına güclü təkan verir:
“Digər tərəfdən, regional qloballaşma prosesində eyni sivilizasiyaya mənsubluq baxımından  Qazaxstan və Azərbaycan təbii müttəfiqlərdir. Bu isə türk dünyası çərçivəsində inteqrasiya proseslərinin sürətlənməsinə əlverişli şərait yaradır”. 
Deputat bildirib ki, Azərbaycan və Qazaxstan tarixi soy- kök birliyi onların birgə gələcəyinə doğru atılan addımların uğurlu olması üçün möhkəm zəmindir.
“Bu zəmin üzərində münasibətlərin sonrakı inkişafı və gələcək inteqrasiya məqsədləri bu gün iki ölkə rəhbərinin apardığı siyasətdən çox asılıdır”- o sonda qeyd edib. 

“Cənab Prezident İlham Əliyevin Qazaxıstana hər bir səfəri, xüsusilə də son səfəri iki qardaş dövlət arasında strateji tərəfdaşlığın daha da dərinləşməsinin bariz göstəricisidir. Bu prosesin Qazaxıstandakı azərbaycanlı icmasının həyatına təsiri çoxşaxəlidir” – bu sözləri Azərbaycanın Qazaxıstandakı diaspor nümayəndəsi, Azərbaycan Mərkəzinin direktoru İlkin Orucov bildirib.
O bildirib ki, Prezidentin Qazaxıstan səfəri burada yaşayan azərbaycanlılara siyasi, istisadi və mədəni-tarixi baxımdan təsir edib:
“Bu səfərlər və imzalanan sənədlər Qazaxıstanda yaşayan hər bir azərbaycanlı üçün güclü bir mənəvi dəstəkdir. Bu, bizə əlavə özünəinam və qürur hissi verir. Biz anlayırıq ki, yaşadığımız ölkə olan qardaş Qazaxıstan ilə tarixi vətənimiz Azərbaycan arasında münasibətlər ən yüksək səviyyədədir. Bu, sabitlik və gələcəyə inam üçün möhkəm bir zəmin yaradır.

İki ölkə arasında, xüsusilə nəqliyyat-logistika sahəsində, o cümlədən Orta Dəhlizin inkişafı istiqamətində əldə olunan razılaşmalar, burada yaşayan azərbaycanlı iş adamları üçün yeni üfüqlər açır. Bu, yeni biznes layihələri, yeni iş yerləri və sərmayə imkanları deməkdir. Bu, icmamızın iqtisadi rifahının artmasına birbaşa təkan verən real bir mexanizmdir.

humanitar və mədəni müstəvidə. Belə yüksək səviyyəli səfərlər mədəni və elmi əlaqələrin intensivləşməsinə səbəb olur. Biz, "Azərbaycan Mərkəzi" İctimai Fondu olaraq, bu əlaqələrin daha da möhkəmlənməsini öz fəaliyyətimizin əsas istiqaməti hesab edirik. Bu, birgə mədəni tədbirlərin, elmi konfransların, universitetlər arasında tələbə mübadiləsi proqramlarının artması deməkdir. Bu, Qazaxıstanda doğulub böyüyən gənc nəslimizin öz tarixi kökləri ilə əlaqəsini itirməməsi üçün əvəzsiz bir fürsətdir”.

Qazaxıstandakı diaspor nümayəndəmiz Azərbaycan və Qazaxıstan arasında münasibətlərin dərinləşməsi diaspor fəaliyyəti və mədəni əlaqələrinə təsir haqqında da danışıb:
“Dövlət başçılarının qarşılıqlı etimada əsaslanan münasibətləri ölkələrdə elə bir ictimai-siyasi ab-hava formalaşdırır ki, burada diaspor təşkilatlarının istənilən müsbət təşəbbüsü rəğbətlə qarşılanır. Bizim mədəni tədbirlərimiz, bayramlarımız, iki qardaş xalqın birliyini möhkəmləndirən addımlar kimi qəbul edilir. 
Əgər əvvəllər bir çox layihə diaspor fəallarının fərdi təşəbbüsü ilə həyata keçirilirdisə, indi dövlətlərarası razılaşmalar daha sistemli və genişmiqyaslı işlər görməyə imkan verir. 
Güclü dövlətlərarası münasibətlər fonunda diaspor sadəcə mədəniyyətini qoruyan bir icma olmaqdan çıxır və iki ölkənin iqtisadiyyatını, elmini və vətəndaş cəmiyyətlərini birləşdirən "canlı körpü" funksiyasını yerinə yetirməyə başlayır. Məsələn, biz "Azərbaycan Mərkəzi" olaraq, Qazaxıstanda Azərbaycan mədəniyyəti ilə maraqlanan hər kəs üçün bir cazibə mərkəziyik və eyni zamanda, Azərbaycandan olan iş adamları və ya tələbələr üçün bir növ "ilk qapı" rolunu oynayırıq”.

O qeyd edib ki, artan dövlətlərarası etimad, ilk növbədə, bizim üçün mənəvi-psixoloji komfortun artması deməkdir. Hər bir azərbaycanlı özünü burada, qardaş Qazaxıstan torpağında daha da arxayın və güvəndə hiss edir: 

“Yüksək siyasi etimad biznes üçün proqnozlaşdırıla bilən və əlverişli bir mühit yaradır. Azərbaycanlı iş adamları Qazaxıstana investisiya qoymağa, yerli sahibkarlarla birgə müəssisələr yaratmağa daha çox həvəs göstərirlər. Xüsusilə, iki ölkənin nəqliyyat və tranzit potensialını birləşdirən Orta Dəhliz kimi strateji layihələr, logistika, ticarət və xidmət sektorlarında fəaliyyət göstərən həmvətənlərimiz üçün misilsiz imkanlar açır. 
Dövlətlərarası etimad bizim üçün həm cəmiyyətdə mövqeyimizi gücləndirən mənəvi bir dayaq, həm də rifahımızı artıran iqtisadi inkişaf üçün güclü bir stimul rolunu oynayır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:43
embedMənbə:https://modern.az
archiveBu xəbər 22 Oktyabr 2025 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see299

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see235

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see231

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see216

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see213

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see205

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see195

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see194

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see194

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see175

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see171

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see158

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see151

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see144

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see143

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see141

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see139

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri