Prezidentin təşəbbüsü ilə yaradılan enerji layihələri qlobal əhəmiyyət kəsb edir | Icma.az
Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi və 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi Azərbaycanın enerji potensialına və enerji layihələrinə artan beynəlxalq marağı və inamı əks etdirir.
Yubiley tədbirində yeni iştirakçılar və milli pavilyonlarla yanaşı, 30 ölkədən 200-dən çox şirkətin iştirakı Bakı Enerji Həftəsinə artan beynəlxalq maraqdan xəbər verir.
Bakı Enerji Həftəsi yeni çağırışlarla ayaqlaşmaq və inovvativ həllər tapmaq həmçinin məlumatlar mübadiləsi və imkanların təqdimatı baxımından mühüm platformaya çevrilib.
Enerjinin gələcəyini formalaşdırmaq üçün hökumətləri, qlobal şirkətləri və sənaye ekspertlərini bir araya gətirərək dünyanın ən nüfuzlu layihələrindən olan Bakı Enerji Həftəsində keçirilən sərginin rəsmi açılış mərasimində Prezident İlham Əliyevin nitqi, o cümlədən yubiley tədbiri ilə bağlı dövlətimizin başçısına ünvanlanan təbriklər, çıxışlar Azərbaycanın bu gün dünyanın enerji xəritəsində və enerji təhlükəsizliyinin təmin olunmasında artan rolunun təsdiqidir.
Prezidentin təşəbbüsü ilə yaradılan enerji layihələri bu gün öz əhəmiyyətinə və miqyasına görə qlobal xarakter alıb”.
Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili bildirib.
Onun sözlərinə görə, Bakı Enerji Həftəsinin Azərbaycanın enerji sektoru və bütövlükdə beynəlxalq ictimaiyyət üçün əhəmiyyəti olduqca böyükdür: “1994-cü ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan qlobal enerji səhnəsinə ilk addımlarını atıb.
Tam oxu
Xəbəri oxu