Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Prezidentin təşəbbüsü ilə yaradılan enerji layihələri qlobal əhəmiyyət kəsb edir

Prezidentin təşəbbüsü ilə yaradılan enerji layihələri qlobal əhəmiyyət kəsb edir

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi və 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi Azərbaycanın enerji potensialına və enerji layihələrinə artan beynəlxalq marağı və inamı əks etdirir. Yubiley tədbirində yeni iştirakçılar və milli pavilyonlarla yanaşı, 30 ölkədən 200-dən çox şirkətin iştirakı Bakı Enerji Həftəsinə artan beynəlxalq maraqdan xəbər verir. Bakı Enerji Həftəsi yeni çağırışlarla ayaqlaşmaq və inovvativ həllər tapmaq həmçinin məlumatlar mübadiləsi və imkanların təqdimatı baxımından mühüm platformaya çevrilib. Enerjinin gələcəyini formalaşdırmaq üçün hökumətləri, qlobal şirkətləri və sənaye ekspertlərini bir araya gətirərək dünyanın ən nüfuzlu layihələrindən olan Bakı Enerji Həftəsində keçirilən sərginin rəsmi açılış mərasimində Prezident İlham Əliyevin nitqi, o cümlədən yubiley tədbiri ilə bağlı dövlətimizin başçısına ünvanlanan təbriklər, çıxışlar Azərbaycanın bu gün dünyanın enerji xəritəsində və enerji təhlükəsizliyinin təmin olunmasında artan rolunun təsdiqidir. Prezidentin təşəbbüsü ilə yaradılan enerji layihələri bu gün öz əhəmiyyətinə və miqyasına görə qlobal xarakter alıb”. 

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili bildirib. 

Onun sözlərinə görə, Bakı Enerji Həftəsinin Azərbaycanın enerji sektoru və bütövlükdə beynəlxalq ictimaiyyət üçün əhəmiyyəti olduqca böyükdür: “1994-cü ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan qlobal enerji səhnəsinə ilk addımlarını atıb. İlk dəfə keçirilən Xəzər Neft və Qaz Sərgisi Azərbaycanın müasir enerji strategiyasının və qlobal enerji əməkdaşlığının dinamik rolunu əks etdirən, əsasını qoyan tarixi “Əsrin müqaviləsi”nin imzalanması ilə eyni vaxta təsadüf edib. Azərbaycanın enerji strategiyasının uğurlu nəticələrini şərtləndirən əsas faktor ölkə iqtisadiyyatın şaxələndirilməsidir. Dayanıqlı iqtisadi inkişafın təmin edilməsi üçün vaxtında bütün zəruri addımlar atılıb. Sirr deyil ki, Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan milli enerji strategiyasının Azərbaycanın müstəqil iqtisadi əsaslarının yaranmasına və ölkəmizin inkişafına xidmət edib. Çünki məhz bu tarixi addımlar fonunda Azərbaycan müstəqil iqtisadi, siyasi iradə nümayiş etdirməyə başladı. Sözsüz ki, o dövr üçün bu cür strateji qərarların qəbul edilməsi böyük cəsarət və uzaqgörənlik tələb edirdi. Yenicə müstəqillik qazanmış Azərbaycan müəyyən daxili gərginliklərdən yenicə xilas olmuş, Ermənistan hərbi təcavüzü nəticəsində ərazilərinin 20 faizi işğal edilmiş, 1 milyona yaxın vətəndaşı öz ölkəsində qaçqın və məcburi köçkünə çevrilmişdi. Belə bir şəraitdə “Əsrin müqaviləsi”nin imzalanması, 1995-ci ildə isə müstəqil Azərbaycanın ilk konstitusiyasının qəbul edilməsi ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında ən böyük tarixi xidmətlərindəndir. Bu gün neft və qazın ölkənin Ümumi Daxili Məhsulda payı təqribən 30 faizdən çoxdur. Milli sərvətlərin ədalətli bölüşdürülməsi nəticəsində yoxsulluğun azaldılmasına nail olunub. Güclü ordu quruculuğu nəticəsində ölkəmizin suverenliyi tam bərpa olundu. İnsan kapitalına və təhsilə yatırılan maliyyə vəsaitləri gələcək rifahımızın sosial təminatı baxımından olduqca önəmlidir. Avrasiyanın vacib nəqliyyat qovşaqlarından birinə çevrilən Azərbaycan regionun enerji xəritəsinin yenidən formalaşmasında vacib rol oynayır. Azərbaycan öz tərəfdaşları ilə Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən strateji boru kəmərlərini inşa edib. Azərbaycanın dəniz yataqlarından İtaliyanın sahilinə qədər uzanan 3500 kilometrlik Cənub Qaz Dəhlizini nümunə göstərmək olar. Azərbaycanın yaşıl enerji gündəliyi də olduqca böyük əhəmiyyətə malikdir. Bu gün Azərbaycan xarici investorlar üçün olduqca cəlbedici ölkələrdəndir. Neft və qazla zəngin olan ölkənin xarici investorlarla birlikdə yaşıl enerjiyə sərmayə qoyması günümüzün tələbidir. Enerji infrastrukturuna yatırılan investisiyalar Azərbaycanın praqmatik siyasətinə etibarın artmasının nəticəsində mümkün olub. Vaxtilə Azərbaycanın etibarlı tranzit ölkəsi kimi potensialını düzgün qiymətləndirməyənlər bu gün yanıldıqlarını etiraf edirlər. Ölkəmiz COP29-un sədri olaraq bu istiqamətdə öz üzərinə düşən vəzifələri uğurla yerinə yetirir. Azərbaycanın uğurlu COP29 sədrliyi dövründə qəbul edilən qərarların “Bakı sıçrayışı” adlandırılması heç də təsadüfi deyil. Bu Azərbaycanın enerji bazarındakı məsuliyyətindən və imkanlarından xəbər verir”. 

Millət vəkili onu da bildirdi ki, Azərbaycanın müasir və ədalətli enerji strategiyası təkcə ölkəmizin iqtisadi inkişafına səbəb olmur, həm də region ölkələrin iqtisadi gəlirlərinin artmasına töhfələr verir: “Açıq dənizə çıxışı olmayan Azərbaycan infrastruktur layihələrini uğurla icra etdiyi üçün tranzit imkanları günbəgün artır. Enerji layihələrimiz region xalqları arasında körpü rolunu oynayır. Azərbaycan təkcə enerji istehsalı və daşınması ilə məşğul olmur. Ölkəmiz geosiyasi sabitliyin formalaşmasında vacib rol oynayır. Enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, enerji təchizatının şaxələndirilməsi və yaşıl enerji üzrə davamlı inkişaf ölkəmizin əsas prioritetləri hesab olunur”. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:136
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 İyun 2025 22:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see333

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see270

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see262

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see260

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see241

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see239

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see237

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see234

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see227

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see224

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see222

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see216

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see215

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see201

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see200

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see194

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see187

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see182

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see171

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri