Prezidentliyə namizəd Kavelaşvilidən ilk açıqlama | Icma.az
Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Gürcüstan ictimaiyyətini milli maraqlar və ölkənin müstəqilliyi ideyası ətrafında birləşdirmək niyyətindəyəm”.
“Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bunu ölkənin hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasından prezidentliyə namizəd Mixail Kavelaşvili deyib.
“Sözsüz ki, Gürcüstan prezidenti vəzifəsinin nə qədər məsuliyyətli olduğunu dərk edirəm, xüsusilə də hazırkı prezidentin bizim əsas sənədimiz – Gürcüstan Konstitusiyasını təhqir və qulaq ardı etməsi fonunda.
O, bu gün də Konstitusiyanı pozmağa davam edir”, - deyə Kavelaşvili qeyd edib.
O əlavə edib ki, bu gün cəmiyyət qarşıdurma vəziyyətindədir, “dostlar” isə ölkədə qütbləşməni və radikallaşmanı qızışdırır və gücləndirir: “Buna görə də, əsas məqsəd və missiyalardan biri prezident institutunu Konstitusiya çərçivələrinə qaytarmaq olacaq.
Bizim tam qaydasında olan Konstitusiyamız və çox məsuliyyətli prezident institutumuz var.
Əsas odur ki, Gürcüstab prezidenti cəmiyyəti birləşdirən olsun”.
Tam oxu
Xəbəri oxu