Icma.az
close
up
RU
Prezidentliyə namizəd Kavelaşvilidən ilk açıqlama

Prezidentliyə namizəd Kavelaşvilidən ilk açıqlama

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Gürcüstan ictimaiyyətini milli maraqlar və ölkənin müstəqilliyi ideyası ətrafında birləşdirmək niyyətindəyəm”.

“Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bunu ölkənin hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasından prezidentliyə namizəd Mixail Kavelaşvili deyib. 

“Sözsüz ki, Gürcüstan prezidenti vəzifəsinin nə qədər məsuliyyətli olduğunu dərk edirəm, xüsusilə də hazırkı prezidentin bizim əsas sənədimiz – Gürcüstan Konstitusiyasını təhqir və qulaq ardı etməsi fonunda. O, bu gün də Konstitusiyanı pozmağa davam edir”, - deyə Kavelaşvili qeyd edib. 

O əlavə edib ki, bu gün cəmiyyət qarşıdurma vəziyyətindədir, “dostlar” isə ölkədə qütbləşməni və radikallaşmanı qızışdırır və gücləndirir: “Buna görə də, əsas məqsəd və missiyalardan biri prezident institutunu Konstitusiya çərçivələrinə qaytarmaq olacaq. Bizim tam qaydasında olan Konstitusiyamız və çox məsuliyyətli prezident institutumuz var. Əsas odur ki, Gürcüstab prezidenti cəmiyyəti birləşdirən olsun”. 

Xatırladaq ki, “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının təsisçisi Bidzina İvanişvili 53 yaşlı Mixail Kavelaşvilinin hakim partiyadan prezidentliyə namizəd olacağını açıqlayıb. 

Onu da qeyd edək ki, Gürcüstanda prezident seçkiləri dekabrın 14-də keçiriləcək. Ölkənin hazırkı Prezidenti Salome Zurabişvili 2018-ci ildə vətəndaşların birbaşa səsverməsi yolu ilə 6 illik müddətə seçilib. Onun səlahiyyət müddəti bu payız başa çatır.

Gürcüstan Konstitusiyasına yeni düzəlişlərə əsasən, yeni prezident oktyabrın 26-da baş tutan parlament seçkilərindən sonra deputatlardan və yerli özünüidarə orqanlarının nümayəndələrindən ibarət 300 nəfərlik seçici kollegiyası tərəfindən 5 illik müddətə seçiləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 27 Noyabr 2024 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see587

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see418

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see298

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see276

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see270

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see265

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see254

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see254

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see252

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see234

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see226

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see206

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see199

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see199

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see194

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see183

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see183

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see179

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see171

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri