“Problem sən özünsən” Keçmiş ərindən Lopezə ağır sözlər | Icma.az
Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bir müddət öncə “The Howard Stern Show”a verdiyi müsahibə ilə geniş müzakirələrə səbəb olan məşhur müğənni Cennifer Lopez bu dəfə keçmiş ərinin qəzəbinə tuş gəlib.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, müğənninin həyatı boyunca sevməyi bacarmayan kişilərlə tanış olması etirafına cavab olaraq keçmiş həyat yoldaşı Ojani Noa onu xəyanətdə ittiham edib.
51 yaşlı Noa instaqram hesabında paylaşım edərək 56 yaşlı ifaçının ünvanına bu sözləri deyib: “Bizi alçaltmağı, özünü qurban kimi göstərməyi dayandır.
Problem biz deyilik, problem sən özünsən. Dörd dəfə evlənmisən və aralarda saysız-hesabsız münasibətlər yaşamısan.
Yaxşı münasibətlər də olub… Məsələn, mənimlə”. O qeyd edib ki, bir neçə dəfə evliliklərini xilas etməyə də çalışıb: “Mən möhtəşəm, sevgi dol
Səmimi, sədaqətli oldum, yalan danışmadım, pis davranmadım, səni aldatmadım. Amma sən şöhrət və sərvəti münasibətimizdən üstün tutdun.
Yalan deməyi, aldatmağı seçdin. Mən evliliyi davam etdirməyə çalışdım. Sən davamlı olaraq aldatmaq və yalan danışmaq istədin.
Tam oxu
Xəbəri oxu