Icma.az
close
up
RU
“Problem sən özünsən” Keçmiş ərindən Lopezə ağır sözlər

“Problem sən özünsən” Keçmiş ərindən Lopezə ağır sözlər

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bir müddət öncə “The Howard Stern Show”a verdiyi müsahibə ilə geniş müzakirələrə səbəb olan məşhur müğənni Cennifer Lopez  bu dəfə keçmiş ərinin qəzəbinə tuş gəlib.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, müğənninin həyatı boyunca sevməyi bacarmayan kişilərlə tanış olması etirafına cavab olaraq keçmiş həyat yoldaşı Ojani Noa onu xəyanətdə ittiham edib.

51 yaşlı Noa instaqram hesabında paylaşım edərək 56 yaşlı ifaçının ünvanına bu sözləri deyib: “Bizi alçaltmağı, özünü qurban kimi göstərməyi dayandır. Problem biz deyilik, problem sən özünsən. Dörd dəfə evlənmisən və aralarda saysız-hesabsız münasibətlər yaşamısan. Yaxşı münasibətlər də olub… Məsələn, mənimlə”.

O qeyd edib ki, bir neçə dəfə evliliklərini xilas etməyə də çalışıb: “Mən möhtəşəm, sevgi dolu bir insanam, yaxşı bir insanam. Səmimi, sədaqətli oldum, yalan danışmadım, pis davranmadım, səni aldatmadım. Amma sən şöhrət və sərvəti münasibətimizdən üstün tutdun. Yalan deməyi, aldatmağı seçdin. Mən evliliyi davam etdirməyə çalışdım. Sən davamlı olaraq aldatmaq və yalan danışmaq istədin. Mən isə artıq yalanlarla başa çıxmaq istəmədim. Buna görə səni tərk etdim, boşandım. Həqiqəti bir dəfə də olsa söylə. İnsanlara problemin sən olduğunu göstər”.

Xatırladaq ki, Lopez “The Howard Stern Show”da  “heç vaxt həqiqətən sevilmədiniz” sualına “xeyr” cavabını verib. 

“Mən öyrəndim ki, problem mənim sevilməməyim deyil – problem onların bacarmamasıdır… Onlar bunu edə bilmirlər”, – müğənni əlavə edib. 

Qeyd edək ki, C.Lopez dörd dəfə ailə qurub. Lopez Noa ilə 1996-cı ildə Mayamidə restoranda tanış olub. Onlar 1997-ci ilin fevralında evlənib, amma 11 ay sonra boşanıblar. Noadan sonra Lopez 2001–2002-ci illərdə Kris Cudd və 2004–2011-ci illərdə Mark Entoni ilə evli olub. 57 yaşlı Entoni onun 17 yaşlı əkizləri - Maks və Emmenin atasıdır. İkinci boşanmasından sonra müğənni aktyor Ben Affleklə sevgili olub. 2003-cü ildə onlar planlaşdırılmış toyu gözlənilmədən təxirə salıblar və tezliklə ayrılıblar. Keçmiş sevgililər 2021-ci ildə münasibətlərini bərpa edib, 2022-ci ildə ailə qurublar. 2024-cü ilin avqustunda isə boşanıblar.





Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:183
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 20 Oktyabr 2025 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see704

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see338

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see337

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see308

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see295

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see294

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see292

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see274

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see270

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see266

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see258

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see249

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see249

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see228

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see225

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see213

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see212

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see208

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see208

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri