Prokuror Məmədxan Əzizxanlının B Ə Y A N A T I 1990 cı il | Icma.az
Hurriyyet saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Artıq, 25 sentyabr 1989-cu il tarixdən qüvvədə olan, Azərbaycan SSR-in suverenliyi haqqında Azərbaycan SSR-in 23 sentyabr 1989-cu il tarixli Konstitusiya Qanunu, əslində əsasnamə qüvvəli sənəddir.
Həmin sənəd tam səlahiyyətlə Azərbaycan SSR-i ilə SSRİ arasında qarşılıqlı hüquqi münasibətlərini respublikanın xeyrinə əhəmiyyətli dərəcədə dəyişmişdir.
Belə ki, həmin Qanunun 6-cı maddəsində göstərilir ki, “Azərbaycan SSR-in suveren hüquqlarını pozmayan SSRİ qanunları Azərbaycan SSR ərazisində qüvvədədir.” Bu norma ilə SSR Konstitusiyasının 74-cü maddəsində göstərilən – “Müttəfiq respublikaların qanunu ümumittifaq qanunu ilə düz gəlmədikdə, SSRİ qanunu tətbiq edilir.” məzmunlu norması birtərəfli qaydada qüvvədən salınır.
Azərbaycan SSR buna tam səlahiyyətlidir. Hüquqəmələgəlmə statusuna görə Azərbaycan SSR - birincidir, SSRİ isə - ikincidir.
Çünki, SSRİ müttəfiq respublikalarının, deməli, o cümlədən, Azərbaycan SSR-nin törəməsidir.
Odur ki, SSRİ Ali Sovetinin Rəyasət Heyətinin 19.01.1990-cı il tarixli, Azərbaycanın bir sıra rayonlarında fövqəladə vəziyyət elan edilməsini nəzərdə tutan qərarı, kütləvi vəhşiliyə haqq qazandıran özbaşına, səlahiyyətsiz, zorakılıq aktıdır.
Onu da qeyd edim ki, öz ərazisində fövqəladə vəziyyət elan etmə hüququ Azərbaycan SSR-in özünə məxsusdur (8-ci maddə).
Tam oxu
Xəbəri oxu