Icma.az
close
up
RU
Prokuror Məmədxan Əzizxanlının B Ə Y A N A T I 1990 cı il

Prokuror Məmədxan Əzizxanlının B Ə Y A N A T I 1990 cı il

Hurriyyet saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Artıq, 25 sentyabr 1989-cu il tarixdən qüvvədə olan, Azərbaycan SSR-in suverenliyi haqqında Azərbaycan SSR-in 23 sentyabr 1989-cu il tarixli Konstitusiya Qanunu, əslində əsasnamə qüvvəli sənəddir.

Həmin sənəd tam səlahiyyətlə Azərbaycan SSR-i ilə SSRİ arasında qarşılıqlı hüquqi münasibətlərini respublikanın xeyrinə əhəmiyyətli dərəcədə dəyişmişdir. Belə ki, həmin Qanunun 6-cı maddəsində göstərilir ki, “Azərbaycan SSR-in suveren hüquqlarını pozmayan SSRİ qanunları Azərbaycan SSR ərazisində qüvvədədir.”

Bu norma ilə SSR Konstitusiyasının 74-cü maddəsində göstərilən – “Müttəfiq respublikaların qanunu ümumittifaq qanunu ilə düz gəlmədikdə, SSRİ qanunu tətbiq edilir.” məzmunlu norması birtərəfli qaydada qüvvədən salınır.

Azərbaycan SSR buna tam səlahiyyətlidir. Hüquqəmələgəlmə statusuna görə Azərbaycan SSR -  birincidir, SSRİ isə - ikincidir. Çünki,  SSRİ müttəfiq respublikalarının, deməli, o cümlədən, Azərbaycan SSR-nin törəməsidir.

Odur ki, SSRİ Ali Sovetinin Rəyasət Heyətinin 19.01.1990-cı il tarixli, Azərbaycanın bir sıra rayonlarında fövqəladə vəziyyət elan edilməsini nəzərdə tutan qərarı, kütləvi vəhşiliyə haqq qazandıran özbaşına, səlahiyyətsiz, zorakılıq aktıdır. Onu da qeyd edim ki, öz ərazisində fövqəladə vəziyyət elan etmə hüququ Azərbaycan SSR-in özünə məxsusdur (8-ci maddə). Ona görə də Sovet Ordusunun bu günlərdə Azərbaycanda törətdiyi misilsiz vəhşiliyin nəticələrinə görə, belə vəhşiliyi “qanuniləşdirən” sənədi imzalayan şəxs – Mixail Qorbaçov beynəlxalq məhkəməyə verilməlidir.

Bu aksiya, erməni və rus birliyinin, dövlət miqyasında Azərbaycan xalqına qarşı, guya qayda yaratmaq pərdəsi altında – s o y q ı r ı m ı-dır.

Qeyd:- SSRİ  Konstitusiyasının 19-cu mad. 14-cü bəndi:-

1. “SSRİ-nin müdafiəsi və onun vətəndaşlarının təhlükəsizliyi mənafeyinə uyğun olaraq bütün ölkədə, habelə ayrı-ayrı yerlərdə hərbi, yaxud fövqəladə vəziyyət elan edir – bu məsələnin müvafiq müttəfiq respublikanın Ali Sovetinin Rəyasət Heyəti ilə hökmən müzakirə edilməsi şərtilə.”

2. Hörmətli Mirzə Xəzər, bu bəyanatı bütün dünya xalqlarının dillərinə çevirib, beynəlxalq aləmə çıxarın. 

                                                                                 22.01.1990-cı il

Qeyd:-Həmin Bəyanat şəhidlərin qırxınadək, Metronun “Bakı Soveti” stansiyasında və Şəhidlər  Xiyabanında şəhidlərin 40-dək  asılmışdır. Metronun “Bakı Soveti”stansiyasında Bəyanat axşamlar rus əsgərləri tərəfindən qopardılmış, səhərələr  isə bizim uşaqların dayısı Qasid Süleymanov və dostum Vaqif Əliyev  tərəfindən hər gün səhər yenidən yapışdırılmışdır.

"Təzadlar" saytının 20.01.2017-ci il,qəzetinin 21.01.2017-ci il tarixli sayında dərc olunmuşdur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:194
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 20 Yanvar 2026 13:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri