Report.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Qarabağ Universitetində dünyanın ən yaxşı klinik modeli tətbiq oluna bilər.
"Report" xəbər verir ki, bunu Qarabağ Universiteti tibb proqramlarının direktoru Samir Babayev Səhiyyə İdarəçiləri Zirvəsi çərçivəsində keçirilən paneldə çıxışı zamanı deyib.
O, əvvəllər ABŞ-ın Minnesota ştatındakı dünyaca məşhur Mayo Klinikasında çalışdığını xatırladaraq bildirib ki, həmin tibb müəssisəsi modelinin bəzi prinsiplərinin Qarabağ Universitetində tətbiqi tədris və tibbi xidmət sahəsində ciddi irəliləyişlərə səbəb ola bilər.
"Bu model qeyri-kommersiya prinsipi ilə işləyir və bütün gəlirlər işçilərin rifahı və infrastrukturun inkişafına yönəldilir.
Əsas məqsəd işçilərin məmnuniyyətini artırmaqla göstərilən tibbi xidmətin keyfiyyətini maksimuma çatdırmaqdır.
Mayo Klinikası işçilərinə yüksək maaş və sabit əməkhaqqı təmin etməklə fərqlənir.
Burada işçilər yalnız maaş alır, əlavə bonus və imtiyazlar yoxdur.