Icma.az
close
up
RU
Proqram direktoru: Qarabağ Universitetində dünyanın ən yaxşı klinik modeli tətbiq oluna bilər

Proqram direktoru: Qarabağ Universitetində dünyanın ən yaxşı klinik modeli tətbiq oluna bilər

Report.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qarabağ Universitetində dünyanın ən yaxşı klinik modeli tətbiq oluna bilər.

"Report" xəbər verir ki, bunu Qarabağ Universiteti tibb proqramlarının direktoru Samir Babayev Səhiyyə İdarəçiləri Zirvəsi çərçivəsində keçirilən paneldə çıxışı zamanı deyib.

O, əvvəllər ABŞ-ın Minnesota ştatındakı dünyaca məşhur Mayo Klinikasında çalışdığını xatırladaraq bildirib ki, həmin tibb müəssisəsi modelinin bəzi prinsiplərinin Qarabağ Universitetində tətbiqi tədris və tibbi xidmət sahəsində ciddi irəliləyişlərə səbəb ola bilər.

"Bu model qeyri-kommersiya prinsipi ilə işləyir və bütün gəlirlər işçilərin rifahı və infrastrukturun inkişafına yönəldilir. Əsas məqsəd işçilərin məmnuniyyətini artırmaqla göstərilən tibbi xidmətin keyfiyyətini maksimuma çatdırmaqdır.

Mayo Klinikası işçilərinə yüksək maaş və sabit əməkhaqqı təmin etməklə fərqlənir. Burada işçilər yalnız maaş alır, əlavə bonus və imtiyazlar yoxdur. Lakin əməkhaqqı digər tibb mərkəzlərinə nisbətən daha yüksəkdir ki, bu da peşəkarların uzunmüddətli işləməsini təmin edir", - S.Babayev əlavə edib.

Universitet rəsmisi vurğulayıb ki, eyni vəzifədə çalışan işçilərin bərabər maaş alması komandadaxili iş birliyini və kollektiv ruhunu gücləndirir:

"Pasiyentlər isə konkret həkimi seçməyə ehtiyac duymadan klinikanın adını eşidərək yüksək səviyyəli tibbi xidmət alacaqlarına əmin olurlar. Həmin prinsiplərin Qarabağ Universitetində tətbiqi yerli təhsil və səhiyyə sektorunda ciddi yeniliklərə və rəqabət qabiliyyətinin artmasına səbəb ola bilər. Bu addım universiteti beynəlxalq səviyyədə tanınan bir quruma çevirmək üçün böyük potensial yaradar".

Bizim Telegram kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://report.az
archiveBu xəbər 18 Dekabr 2024 10:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see413

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see279

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see227

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see205

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see180

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see170

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see161

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see161

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see161

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see146

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see141

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see140

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see140

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see137

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see133

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see131

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see131

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see128

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see122

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri