Prospektdə sürücünün təhlükəli manevri qəza ilə nəticələndi ANBAAN VİDEO

17.08.2026

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Paytaxtın Ziya Bünyadov prospektində baş vermiş yol-nəqliyyat hadisəsi kameraya düşüb.

Avtosfer.az-ın məlumatına görə, qəza avqustun 16-da saat 15:31 radələrində qeydə alınıb.

Görüntülərdən məlum olur ki, 77-RL-092 dövlət qeydiyyat nişanlı “Hyundai” markalı avtomobil hərəkətdə olduğu ən sol zolaqdan orta zolağa keçir. Daha sonra sağa manevr etmək istəyən  sürücü həmin zolaqdakı  “Mercedes” markalı avtomobilə diqqət yetirdiyindən, önündə hərəkətdə olan “Ford Transit” markalı yük avtomobili ilə ara məsafəsini düzgün qiymətləndirə bilmir və nəticədə ona çırpılır.

Qəza nəticəsində hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib.

Xatırladaq ki, qanunvericiliyə əsasən, sürücü manevr etməzdən əvvəl onun təhlükəsiz olduğuna əmin olmalı, digər hərəkət iştirakçılarına maneə yaratmamalı və nəqliyyat vasitələri arasındakı təhlükəsiz ara məsafəsini qorumalıdır.

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью