Prospektdə sürücünün təhlükəli manevri qəza ilə nəticələndi ANBAAN VİDEO
Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Paytaxtın Ziya Bünyadov prospektində baş vermiş yol-nəqliyyat hadisəsi kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, qəza avqustun 16-da saat 15:31 radələrində qeydə alınıb.
Görüntülərdən məlum olur ki, 77-RL-092 dövlət qeydiyyat nişanlı “Hyundai” markalı avtomobil hərəkətdə olduğu ən sol zolaqdan orta zolağa keçir. Daha sonra sağa manevr etmək istəyən sürücü həmin zolaqdakı “Mercedes” markalı avtomobilə diqqət yetirdiyindən, önündə hərəkətdə olan “Ford Transit” markalı yük avtomobili ilə ara məsafəsini düzgün qiymətləndirə bilmir və nəticədə ona çırpılır.
Qəza nəticəsində hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib.
Xatırladaq ki, qanunvericiliyə əsasən, sürücü manevr etməzdən əvvəl onun təhlükəsiz olduğuna əmin olmalı, digər hərəkət iştirakçılarına maneə yaratmamalı və nəqliyyat vasitələri arasındakı təhlükəsiz ara məsafəsini qorumalıdır.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 17 Avqust 2026 14:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















