Psixoloji müalicə alan Dilan Polat evə qayıtdı

06.07.2026

Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Psixoloji dəstək almaq məqsədilə xəstəxanaya yerləşdirilən türkiyəli fenomen Dilan Polat evə buraxılıb.

Lent.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə onun həyat yoldaşı Engin Polat sosial şəbəkə hesabında məlumat verib.

O, paylaşdığı fotonun üzərinə "Ümid edirəm ki, evimizin hüzuru sənə şəfa olar",- sözlərini əlavə edib.

Xatırladaq ki, ötən ay Çeşmədə baş verən silahlı hücum zamanı Dilan Polatın cangüdəni və həyat yoldaşı Engin Polatın əmisi oğlu Can Polat həyatını itirmişdi. Hadisə Türkiyə ictimaiyyətində geniş rezonans doğurmuşdu.

Hadisədən dərhal sonra Dilan Polatın sosial şəbəkədə canlı yayım açması tənqidlərə səbəb olmuşdu. Ardınca onun sosial media hesablarına giriş məhdudlaşdırılmış, özü isə psixoloji vəziyyəti ilə əlaqədar xəstəxanaya yerləşdirilmişdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью