Psixoloji müalicə alan Dilan Polat evə qayıtdı
Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Psixoloji dəstək almaq məqsədilə xəstəxanaya yerləşdirilən türkiyəli fenomen Dilan Polat evə buraxılıb.
Lent.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə onun həyat yoldaşı Engin Polat sosial şəbəkə hesabında məlumat verib.
O, paylaşdığı fotonun üzərinə "Ümid edirəm ki, evimizin hüzuru sənə şəfa olar",- sözlərini əlavə edib.
Xatırladaq ki, ötən ay Çeşmədə baş verən silahlı hücum zamanı Dilan Polatın cangüdəni və həyat yoldaşı Engin Polatın əmisi oğlu Can Polat həyatını itirmişdi. Hadisə Türkiyə ictimaiyyətində geniş rezonans doğurmuşdu.
Hadisədən dərhal sonra Dilan Polatın sosial şəbəkədə canlı yayım açması tənqidlərə səbəb olmuşdu. Ardınca onun sosial media hesablarına giriş məhdudlaşdırılmış, özü isə psixoloji vəziyyəti ilə əlaqədar xəstəxanaya yerləşdirilmişdi.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 06 İyul 2026 15:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















