Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 17 aprel, AZƏRTAC Autizm bir çox sual doğuran və bəzən stereotiplərlə əhatə olunan bir mövzudur.
Lakin vəziyyəti dərindən araşdırmaq, autizm spektri pozğunluğu olan insanların bənzərsiz güclü olduğunu görməyə imkan verir.
Bu halla yaşayan insanların inkişaf xüsusiyyətləri və onlara dəstək üsulları haqqında psixoloq Lamiyə Əhmədli ilə söhbət etdik.
AZƏRTAC müsahibəni təqdim edir.- Elektron cihazların geniş yayılmasını nəzərə alaraq, onların аutizm spektr pozuntusunun inkişafına potensial təsirini necə qiymətləndirirsiniz - onlar risk faktoru və ya əksinə dəstək vasitəsi ola bilərmi?-Hər hansı bir texnoloji vasitələrinin istifadəsinin təsirini аutizm spektr pozuntusu olan uşaqlara şamil edə bilmərik.
Ümumiyyətlə, elektron cihazlar inkişaf pozuntusu olan uşaqlara və yaxud heç inkişaf pozuntusu olmayan, ekran məruziyyəti altında böyüyən uşaqlara həmişə neqativ təsir göstərir.
Uşaqlar birbaşa sosial kontakt olmalıdırlar. Xüsusilə qüsurlu olan uşaqlarda biz buna daha çox diqqət yetirməliyik ki, onlar sosiallaşsınlar
Lakin bir məqamı da qeyd etmək istərdim. Məsələn, biz deyirik ki, uşaqları cizgi filmləri, proqramlar, öyrədici videolar inkişaf etdirir.