Icma.az
close
up
RU
Psixoloq: Hər 35 oğlan uşağından biri аutizm spektr pozuntusu ilə doğulur MÜSAHİBƏ

Psixoloq: Hər 35 oğlan uşağından biri аutizm spektr pozuntusu ilə doğulur MÜSAHİBƏ

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 17 aprel, AZƏRTAC

Autizm bir çox sual doğuran və bəzən stereotiplərlə əhatə olunan bir mövzudur. Lakin vəziyyəti dərindən araşdırmaq, autizm spektri pozğunluğu olan insanların bənzərsiz güclü olduğunu görməyə imkan verir. Bu halla yaşayan insanların inkişaf xüsusiyyətləri və onlara dəstək üsulları haqqında psixoloq Lamiyə Əhmədli ilə söhbət etdik.

AZƏRTAC müsahibəni təqdim edir.

- Elektron cihazların geniş yayılmasını nəzərə alaraq, onların аutizm spektr pozuntusunun inkişafına potensial təsirini necə qiymətləndirirsiniz - onlar risk faktoru və ya əksinə dəstək vasitəsi ola bilərmi?

-Hər hansı bir texnoloji vasitələrinin istifadəsinin təsirini аutizm spektr pozuntusu olan uşaqlara şamil edə bilmərik. Ümumiyyətlə, elektron cihazlar inkişaf pozuntusu olan uşaqlara və yaxud heç inkişaf pozuntusu olmayan, ekran məruziyyəti altında böyüyən uşaqlara həmişə neqativ təsir göstərir. Uşaqlar birbaşa sosial kontakt olmalıdırlar. Xüsusilə qüsurlu olan uşaqlarda biz buna daha çox diqqət yetirməliyik ki, onlar sosiallaşsınlar, valideynləri ilə daha çox vaxt keçirsinlər, öz yaşıdları ilə oynasınlar. Lakin bir məqamı da qeyd etmək istərdim. Məsələn, biz deyirik ki, uşaqları cizgi filmləri, proqramlar, öyrədici videolar inkişaf etdirir. Bu zaman sualı və onun cavabını verən şəxs də ekran içindədir. Uşaq tək tərəfli ünsiyyət forması seçir. Bir müddət keçdikdən sonra bu, onun beyninin inkişafına mənfi təsir göstərir.

Əlbəttə, biz deyə bilmərik ki, autizmin səbəbi məhz budur. Bu pozuntunun səbəbi hazırda araşdırılır. Elm adamları hələ də bunun səbəbini tam müəyyənləşdirməyə çalışırlar. Autizm spektr pozuntusunun genetik və sosial faktorların qarşılığı təsirindən əmələ gəlməsi versiyası da mövcuddur.

-Autizm spektr pozuntusu olan insanları dəstəkləmək üçün hazırda hansı innovativ üsullar hazırlanır və tətbiq olunur?

-Autizm erkən yaş dövründə başlayır və üç yaşında özünü büruzə verir. Bu, ömür boyu davam edən bir neyro-inkişaf pozuntusudur. Uşağın vəziyyətinə uyğun olaraq psixoloqlar və digər mütəxəssislər reabilitasiya prosesi və müəyyən dərman vasitələri təyin edirlər. Bu da uşaqların həyat fəaliyyətinə, inkişafına təsir göstərən mənfi davranışları aradan qaldırılaraq, onların özünü idarə edə bilmələrinə kömək edir. Lakin autizm tamamilə aradan qalxmır. Əsl səbəbi bilinmədiyi üçün müalicəsi də tam yoxdur.

-Azərbaycanda autizm spektr pozuntusu olan şəxslərə tibbi və psixoloji yardımın göstərilməsi ilə bağlı vəziyyət hansı səviyyədədir?

- Autizm spektr pozuntusu olan şəxsə psixiatr, nevropatoloq tərəfindən diaqnoz qoyulur. Onu da qeyd edim ki, diaqnoz qoyulmadan öncə valideynlərin müşahidəsi pozuntunun tez aşkar olunmasına yol açar. Çünki o zaman biz yaxşı nəticə əldə edə bilərik. Diaqnoz qoyulduqdan sonra reabilitasiya prosesi başlayır. Uşağın problemli davranışlarını, ağır stereotiplərini dəstəkləmək üçün medikamentoz müalicə təyin olunur. Bununla yanaşı uşaqla loqopedlər, idman mütəxəssisləri, psixoloqlar reabilitasiya prosesinə başlayır. Əvvəlcə uşağın sağlamlıq vəziyyəti dəyərləndirilir. Nəticədə uşağın sağlamlıq səviyyəsi müəyyən olunur. Autizm niyə spektr pozuntusu adlandırılır? Çünki onun həm şiddətli, həm də yüngül halı ola bilər. Məsələn, bəzilərinin həddən artıq problemli davranışları olarkən, bəziləri sosial baxımdan çox qapalı olur. Hər uşaq fərqlidir. Ona fərdi olaraq bir proqram tərtib edilərək bunun əsasında işlənilir. Bu ondan ötrü edilir ki, аutizm spektr pozuntusu olan uşaqların müəyyən bacarıqları ortalığa çıxsın və onlar normal olaraq həyatına davam etsinlər.

-Аutizm spektr pozuntusu olan uşaqlarda sosial uyğunlaşma prosesi necə gedir?

-Yalnız reabilitasiya prosesi ilə. Yəni, аutizm spektr pozuntusu olan uşaqlar bir-birindən fərqlənir. Yaxşı olardı ki, elə reabilitasiyadan asılı hala gəlməsinlər, valideynlər uşaqlara daha düzgün yanaşma tərzi seçərək özləri maariflənsinlər.

Məsələn, bəlkə o uşaq riyaziyyatı bilmir, lakin gələcəkdə bacarıqlı rəssam ola bilər. Amma bu o demək deyil ki, аutizm spektr pozuntusu olan uşaqlar istedadlı, xüsusi bacarıqlı olur.

-Sizin fikrinizcə, valideynlər autizm spektri pozuntusu barədə nə dərəcədə maarifləndirilir?

-Bildiyiniz kimi 2 aprel - Dünya Autizm Məlumatlandırma Günüdür. Bununla əlaqədar ölkəmizdə də tədbirlər keçirilir. Əvvəlki illərə baxanda bu mövzu ilə əlaqədar maariflənmə var. Lakin valideynlərdə o qorxu hissi hələ də mövcuddur. Bəzən valideynlər heç autizmin nə olduğunu bilmir. Bu səbəbdən də autizm diaqnozunu eşidəndə qorxan valideynlər var.

Yəni, bu, bir haldır. Bunun xəstəlik kimi deyil, bir vəziyyət, bir hal adlandırmaq daha düzgün olardı. Sənin artıq bir fərqli, özəl bir uşağın var. Hər bir valideynin borcudur ki, şərtsiz şəkildə övladını qəbul etsin. Onları normal hala gətirmək üçün mütəxəssislərlə bir yerdə çalışmalıdırlar. Onsuz da valideyn olmaq çətindir, özəl övladı olanlar üçün isə bu, çox məsuliyyətlidir.

-Ölkəmizdəki autizm spektr pozuntusu olan insanların sayı ilə bağlı mövcud statistika barədə məlumat verərdiniz.

-Tam dəqiq statistik rəqəmlər yoxdur. Lakin onu qeyd etməliyəm ki, аutizm spektr pozuntusu qızlara nisbətən oğlanlarda 4 dəfə daha çoxdur. Hər 35 oğlan uşağından biri аutizm spektr pozuntusu ilə doğulur. Rəqəm get-gedə artmaqdadır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Aprel 2025 17:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see297

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see207

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see194

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see193

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see187

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see181

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see181

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see177

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see160

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see157

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see151

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see141

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see138

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see131

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see131

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see128

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see126

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see126

Lökbatanda güclü yanğın, 4 nəfər öldü

05 Dekabr 2025 08:00see123

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri