Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Məsələ ilə bağlı Bizimyol.info portalına danışan psixoloq Vüsalə Əmiraslanova bildirib ki, əsas vacib məqamlardan biri diaqnostikadır: “Sosial mediada və ekran qarşısında uzun müddət vaxt keçirmək insanların özünə qapanmasına səbəb ola bilər. Bu zaman bəzi insanlar canlı ünsiyyət qurmaqda çətinlik çəkir, həyəcan və təşviş hissləri yaşaya bilirlər. Ümumiyyətlə, insanlar canlı ünsiyyətdən qaçırlar. Buna görə də real ünsiyyətin qorunması və sosial münasibətlərin balanslı şəkildə davam etdirilməsi vacibdir”.
Vüsalə Əmiraslanova
“İnsanlar bu cür halları özlərində hiss etdikdə, həm sosial mediadan istifadəni tənzimləməli, həm də canlı ünsiyyətə daha çox yer ayırmağa çalışmalıdırlar. Sosial medianın düzgün və ölçülü istifadəsi psixoloji tarazlığın qorunmasına kömək edə bilər. Belə məqamlarda bir çox insan psixoloqlara müraciət edir. Qeyd etmək lazımdır ki, psixoloqlar və kouçlar diaqnoz qoymur, onların əsas rolu psixoloji dəstək göstərmək və ehtiyac yarandıqda müvafiq mütəxəssisə yönləndirməkdir. Diaqnoz isə psixiatr tərəfindən müəyyən edilir. Psixiatr diaqnoz qoyur, amma psixiatrın diaqnostikasından da əlavə olaraq bizim müalicə almağımız, yaxud digər psixoloqa getməyimizi də psixoloq özü yönləndirmə verməlidir. Düşünürəm ki, əsas vacib məqamlardan biri diaqnostikadır. Diaqnoz düzgün qoyularsa, digər məsələlər vaxtında və düzgün həll olunmuş olar”, - deyə Vüsalə Əmiraslanova vurğulayıb.
Günel Həsənova, Bizimyol.info