Icma.az
close
up
RU
“Psixoloqlar və kouçlar diaqnoz qoymur, onların əsas rolu psixoloji dəstək göstərmək və ehtiyac olduqda doğru mütəxəssisə yönləndirməkdir”

“Psixoloqlar və kouçlar diaqnoz qoymur, onların əsas rolu psixoloji dəstək göstərmək və ehtiyac olduqda doğru mütəxəssisə yönləndirməkdir”

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Depressiya nisbətinin artmasının əsas səbəblərindən biri sosial əlaqələrin zəifləməsidir. İnsanların depressiyaya düşməsinə səbəb təklik, tənhalıqdır, sosial şəbəkədir. Onların güvənə biləcəkləri insanların sayı azalır və real ünsiyyət məhdudlaşır. Digər mühüm amil isə sosial media və texnologiyaların həyatda həddindən artıq yer tutmasıdır. İnsanlar ekran qarşısında çox vaxt keçirir, amma bir-birlərinin gözlərinin içinə baxmağa, ünsiyyət qurmağa və qarşı tərəfin dəyərli olduğunu hiss etdirməyə az vaxt ayırırlar. Nəticədə isti insan təması azalır və depressiya yayılır”. Bu sözlər tez-tez yaşam kouçları və psixoloqlar tərəfindən ifadə edilir. Bu cür videosujetlərə sosial şəbəkələrdə tez-tez rast gəlirik. Lakin məsələ təkcə psixoloji deyil, kommersiya xarakteri də alır: real həyatda, xüsusilə klinikaya müraciət etdikdə, onlara problemlərini “uşaqlıq travması”, “neyrokimyəvi pozuntu” və buna bənzər anlayışlarla izah edirlər. Qarşılığında isə insanların nə qədər pul ödədiyi ön plana çıxır. Bu isə qeyri-səmimilik yaradır.Bəzən insanlar psixoloqlar və kouçlar tərəfindən qoyulan diaqnozların qeyri-aydın və kommersiya xarakterli olduğunu düşünür. Sizcə, bu qeyri-səmimilik niyə baş verir və necə qarşısı alınmalıdır?Sosial media və ekran qarşısında çox vaxt keçirmək insanların psixikasına necə təsir edir?

Məsələ ilə bağlı Bizimyol.info portalına danışan psixoloq Vüsalə Əmiraslanova bildirib ki, əsas vacib məqamlardan biri diaqnostikadır: “Sosial mediada və ekran qarşısında uzun müddət vaxt keçirmək insanların özünə qapanmasına səbəb ola bilər. Bu zaman bəzi insanlar canlı ünsiyyət qurmaqda çətinlik çəkir, həyəcan və təşviş hissləri yaşaya bilirlər. Ümumiyyətlə, insanlar canlı ünsiyyətdən qaçırlar. Buna görə də real ünsiyyətin qorunması və sosial münasibətlərin balanslı şəkildə davam etdirilməsi vacibdir”.

Vüsalə Əmiraslanova

“İnsanlar bu cür halları özlərində hiss etdikdə, həm sosial mediadan istifadəni tənzimləməli, həm də canlı ünsiyyətə daha çox yer ayırmağa çalışmalıdırlar. Sosial medianın düzgün və ölçülü istifadəsi psixoloji tarazlığın qorunmasına kömək edə bilər. Belə məqamlarda bir çox insan psixoloqlara müraciət edir. Qeyd etmək lazımdır ki, psixoloqlar və kouçlar diaqnoz qoymur, onların əsas rolu psixoloji dəstək göstərmək və ehtiyac yarandıqda müvafiq mütəxəssisə yönləndirməkdir. Diaqnoz isə psixiatr tərəfindən müəyyən edilir. Psixiatr diaqnoz qoyur, amma psixiatrın diaqnostikasından da əlavə olaraq bizim müalicə almağımız, yaxud digər psixoloqa getməyimizi də psixoloq özü yönləndirmə verməlidir. Düşünürəm ki, əsas vacib məqamlardan biri diaqnostikadır. Diaqnoz düzgün qoyularsa, digər məsələlər vaxtında və düzgün həll olunmuş olar”, - deyə Vüsalə Əmiraslanova vurğulayıb.

Günel Həsənova, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 03 Fevral 2026 14:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see654

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see253

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see251

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see236

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see210

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see208

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see189

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see178

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see175

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see164

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see158

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see154

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see151

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see150

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see148

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see147

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see146

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see144

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see144

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri