Psixopatlıq genetik deyilmiş

31.08.2026

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

“Psixopat geni” kimi təqdim olunan konkret bir genin mövcudluğu ilə bağlı fikirlər doğru deyil.
Demokrat.az xəbər verir ki, həkim-terapevt və genetik məsləhətçi İrina Nalimova UfaTime.ru-ya açıqlamasında psixopatik xüsusiyyətlərin formalaşmasında genetik faktorların rolundan danışıb.
Onun sözlərinə görə, mediada “psixopat geni” və ya “döyüşçü geni” adlandırılan gen variantlarından biri MAOA genidir. Bu gen dopamin, noradrenalin və serotonin kimi neyromediatorların parçalanmasında iştirak edir.
“‘Psixopatiya geni’ deyəndə çox vaxt MAOA geninin variantı nəzərdə tutulur. Lakin müəyyən genlərin mövcudluğu yalnız insanın hansısa xüsusiyyətlərə meylliliyindən xəbər verə bilər. Bu, həmin xüsusiyyətlərin mütləq inkişaf edəcəyi anlamına gəlmir”, – deyə genetik bildirib.
Nalimova vurğulayıb ki, psixopatik xüsusiyyətlərin formalaşmasında insanın yaşadığı mühit mühüm rol oynayır. Xüsusilə uşağın həyatının ilk 5-7 ili bu baxımdan əhəmiyyətli hesab olunur.
“Uşaq davamlı olaraq zorakılıq, qəddar münasibət, xroniki stress və emosional ünsiyyət çatışmazlığı ilə qarşılaşırsa, bu amillər onun beyninə təsir göstərə və qorxu mərkəzi ilə nəzarət mərkəzi arasındakı əlaqələri poza bilər”, – həkim qeyd edib.
Genetik fikrini belə yekunlaşdırıb:
“İnsan müəyyən potensialla doğulur, lakin onun necə formalaşması çox vaxt həyat şəraitindən asılı olur”.
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью