Psixopatlıq genetik deyilmiş
Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.
“Psixopat geni” kimi təqdim olunan konkret bir genin mövcudluğu ilə bağlı fikirlər doğru deyil.
Demokrat.az xəbər verir ki, həkim-terapevt və genetik məsləhətçi İrina Nalimova UfaTime.ru-ya açıqlamasında psixopatik xüsusiyyətlərin formalaşmasında genetik faktorların rolundan danışıb.
Onun sözlərinə görə, mediada “psixopat geni” və ya “döyüşçü geni” adlandırılan gen variantlarından biri MAOA genidir. Bu gen dopamin, noradrenalin və serotonin kimi neyromediatorların parçalanmasında iştirak edir.
“‘Psixopatiya geni’ deyəndə çox vaxt MAOA geninin variantı nəzərdə tutulur. Lakin müəyyən genlərin mövcudluğu yalnız insanın hansısa xüsusiyyətlərə meylliliyindən xəbər verə bilər. Bu, həmin xüsusiyyətlərin mütləq inkişaf edəcəyi anlamına gəlmir”, – deyə genetik bildirib.
Nalimova vurğulayıb ki, psixopatik xüsusiyyətlərin formalaşmasında insanın yaşadığı mühit mühüm rol oynayır. Xüsusilə uşağın həyatının ilk 5-7 ili bu baxımdan əhəmiyyətli hesab olunur.
“Uşaq davamlı olaraq zorakılıq, qəddar münasibət, xroniki stress və emosional ünsiyyət çatışmazlığı ilə qarşılaşırsa, bu amillər onun beyninə təsir göstərə və qorxu mərkəzi ilə nəzarət mərkəzi arasındakı əlaqələri poza bilər”, – həkim qeyd edib.
Genetik fikrini belə yekunlaşdırıb:
“İnsan müəyyən potensialla doğulur, lakin onun necə formalaşması çox vaxt həyat şəraitindən asılı olur”.
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Əcdadlarımızın genetik sirri açıldı: Neandertallar deyilmiş:
29 Mart 2026 16:07
Dil “yonca” qatlama qabiliyyəti genetik deyilmiş
10 İyun 2026 11:57
DNT miz tale deyilmiş Bu qidalar bəzi genetik xəstəliklərin təsirini azaldır
16 İyul 2026 19:47
Genetik xəstəliklər:
14 Avqust 2025 13:18
Baxış sayı:56
Bu xəbər 31 Avqust 2026 21:22 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları