PSJ 50 milyona aldığı hücumçudan narazıdır

28.11.2026

Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Fransanın PSJ klubunun rəhbərliyi və baş məşqçisi Luis Enrike ispaniyalı hücumçu Ferran Torresin son həftələrdəki çıxışından narazıdır.

Lent.az xəbər verir ki, 26 yaşlı futbolçu son 10 oyunda cəmi bir qol vurub.

“Barselona” ilə müqaviləsinin bitməsinə bir il qalan futbolçu üçün 50 milyon avro ödəyən Paris klubunda transferin nə dərəcədə düzgün qərar olması ilə bağlı şübhələr artıb. Torresin qarşıdakı aylarda performansını yaxşılaşdırmayacağı təqdirdə PSJ-dəki gələcəyi sual altına düşə bilər.

Ötən yay Paris klubuna transfer olunan hücumçu cari mövsümdə bütün turnirlər üzrə 16 oyunda 8 qol vurub və bir məhsuldar ötürmə edib.

Futbolçunun klubla müqaviləsi 2031-ci ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalına görə, onun bazar dəyəri 55 milyon avrodur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью