PSJ 50 milyona aldığı hücumçudan narazıdır
Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Fransanın PSJ klubunun rəhbərliyi və baş məşqçisi Luis Enrike ispaniyalı hücumçu Ferran Torresin son həftələrdəki çıxışından narazıdır.
Lent.az xəbər verir ki, 26 yaşlı futbolçu son 10 oyunda cəmi bir qol vurub.
“Barselona” ilə müqaviləsinin bitməsinə bir il qalan futbolçu üçün 50 milyon avro ödəyən Paris klubunda transferin nə dərəcədə düzgün qərar olması ilə bağlı şübhələr artıb. Torresin qarşıdakı aylarda performansını yaxşılaşdırmayacağı təqdirdə PSJ-dəki gələcəyi sual altına düşə bilər.
Ötən yay Paris klubuna transfer olunan hücumçu cari mövsümdə bütün turnirlər üzrə 16 oyunda 8 qol vurub və bir məhsuldar ötürmə edib.
Futbolçunun klubla müqaviləsi 2031-ci ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalına görə, onun bazar dəyəri 55 milyon avrodur.
Baxış sayı:39
Bu xəbər 28 Noyabr 2026 17:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















