PSJ Çempionlar Liqasının finalına çıxdı

08.05.2025

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

UEFA Çempionlar Liqasında ikinci yarımfinal qarşılaşmasının cavab matçı keçirilib.

Modern.az xəbər verir ki, finala vəsiqə qazanan növbəti komanda Fransanln PSJ klubu olub.

Belə ki, parislilər doğma meydanda "Arsenal"ı qəbul edib. Matç fransızların 2:1 hesablı qələbəsi ilə başa çatıb. İki görüşün nəticəsinə əsasən 3:1 hesablı üstünlük əldə edən PSJ adını finala yazdırıb.

Qeyd edək ki, Çempionlar Liqasının final matçı mayın 31-i, Almaniyanın Münhen şəhərindəki "Allians Arena"da baş tutacaq. Həlledici oyunda PSJ ilə "İnter" qarşılaşacaq.

Çempionlar Liqası
Yarımfinal, cavab oyunu

23:00. PSJ (Fransa) – Arsenal (İngiltərə) 2:1
Qollar: Fabian Ruis, 27, Əşrəf Hakimi, 72 - Bukayo Saka, 76
(İlk oyun – 1:0)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью