PSJ Çempionlar Liqasının finalına çıxdı
Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.
UEFA Çempionlar Liqasında ikinci yarımfinal qarşılaşmasının cavab matçı keçirilib.
Modern.az xəbər verir ki, finala vəsiqə qazanan növbəti komanda Fransanln PSJ klubu olub.
Belə ki, parislilər doğma meydanda "Arsenal"ı qəbul edib. Matç fransızların 2:1 hesablı qələbəsi ilə başa çatıb. İki görüşün nəticəsinə əsasən 3:1 hesablı üstünlük əldə edən PSJ adını finala yazdırıb.
Qeyd edək ki, Çempionlar Liqasının final matçı mayın 31-i, Almaniyanın Münhen şəhərindəki "Allians Arena"da baş tutacaq. Həlledici oyunda PSJ ilə "İnter" qarşılaşacaq.
Çempionlar Liqası
Yarımfinal, cavab oyunu
23:00. PSJ (Fransa) – Arsenal (İngiltərə) 2:1
Qollar: Fabian Ruis, 27, Əşrəf Hakimi, 72 - Bukayo Saka, 76
(İlk oyun – 1:0)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 08 May 2025 01:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















