PSJ də böyük qalmaqal: Luka Ernandes köləlik iddiası ilə üz üzə | Icma.az
Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir. PSJ-nin futbolçusu Luka Ernandes ciddi qalmaqalın mərkəzinə düşüb.
Kolumbiyalı bir ailə fransalı müdafiəçinin ailəsi tərəfindən uzun müddət insanlıqdan kənar şəraitdə istismar olunduqlarını iddia edib.
İdman.Biz xəbər verir ki, Mari adlı qadın başına gələnləri “ParisMatch” nəşrinə danışıb.
Onun sözlərinə görə, o, Luka Ernandesin həyat yoldaşı Viktoriya ilə Kolumbiyada tanış olub və Avropada iş təklifi alıb.
Mari bildirib ki, Avropaya yalnız pasportla gəlib, sənədlərin sonradan düzəldiləcəyi vəd edilib, lakin bu baş verməyib.
Daha sonra ondan əlavə işçi tapması istənilib və Mari öz ailə üzvlərini də Ernandesin evinə gətirib.
Anası və özü ev işçisi və dayə kimi çalışıb, əri və iki oğlu isə mühafizəçi funksiyasını yerinə yetirib.
Onun dediyinə görə, ailə üzvləri fasiləsiz işləyib, məzuniyyətsiz, sənədsiz və hüquqsuz vəziyyətdə saxlanılıb.
Tam oxu
Xəbəri oxu