PSJ də böyük qalmaqal: Luka Ernandes köləlik iddiası ilə üz üzə
Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
PSJ-nin futbolçusu Luka Ernandes ciddi qalmaqalın mərkəzinə düşüb. Kolumbiyalı bir ailə fransalı müdafiəçinin ailəsi tərəfindən uzun müddət insanlıqdan kənar şəraitdə istismar olunduqlarını iddia edib.
İdman.Biz xəbər verir ki, Mari adlı qadın başına gələnləri “ParisMatch” nəşrinə danışıb. Onun sözlərinə görə, o, Luka Ernandesin həyat yoldaşı Viktoriya ilə Kolumbiyada tanış olub və Avropada iş təklifi alıb.
Mari bildirib ki, Avropaya yalnız pasportla gəlib, sənədlərin sonradan düzəldiləcəyi vəd edilib, lakin bu baş verməyib.
Daha sonra ondan əlavə işçi tapması istənilib və Mari öz ailə üzvlərini də Ernandesin evinə gətirib. Anası və özü ev işçisi və dayə kimi çalışıb, əri və iki oğlu isə mühafizəçi funksiyasını yerinə yetirib. Onun dediyinə görə, ailə üzvləri fasiləsiz işləyib, məzuniyyətsiz, sənədsiz və hüquqsuz vəziyyətdə saxlanılıb.
Mari bildirib ki, aylıq ödənişlər 500-3000 avroya (987-5921 AZN) qədər dəyişib. Onun sözlərinə görə, ailə üzvləri alçaldılıb və onlara kölə kimi davranılıb.
Qadın iddia edib ki, özü və anası işdən çıxarıldıqdan sonra da təzyiq və hədələr davam edib, onları Kolumbiyaya geri göndərməklə qorxudublar. Nəticədə ailə məsələ ilə bağlı məhkəməyə müraciət edib.
Hazırda iş hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Qalmaqal Luka Ernandes üçün ciddi hüquqi və reputasiya problemləri yarada bilər. PSJ və futbolçunun tərəfi isə hələlik rəsmi açıqlama verməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 21 Yanvar 2026 19:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















