PSJ nin əsas transfer hədəfi bilindi Paris təmsilçisi yeni bombardir alır

15.05.2025

Fanat saytına istinadən Icma.az xəbər verir.

Fransa nəhəngi PSJ bu yay hücum xəttini yeni qoleadorla gücləndirmək niyyətindədir.

Fanat.Az "Sport Bild"ə istinadən xəbər verir ki, Paris təmsilçisinin əsas transfer hədəfi Dortmund "Borussiya"sının forvardı Seru Girassidir.

Məlumata görə, baş məşqçi Luis Enrike sözügedən oyunçunun heyətə qatılmasında israrlıdır. Mənbə PSJ-nin bir neçə Avropa nəhənginin elçi düşdüyü qvineyalının transferi üçün böyük məbləğ xərcləməyə hazır olduğunu vurğulayıb.

Qeyd edək ki, cari mövsüm "arılar"ın forması ilə bütün turnirlərdə 44 matça çıxan Girassi 33 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. O, ötən ilin yayından "Borussiya"da çıxış edir. 
Nihat

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью