PSJ nin əsas transfer hədəfi bilindi Paris təmsilçisi yeni bombardir alır
Fanat saytına istinadən Icma.az xəbər verir.
Fransa nəhəngi PSJ bu yay hücum xəttini yeni qoleadorla gücləndirmək niyyətindədir.
Fanat.Az "Sport Bild"ə istinadən xəbər verir ki, Paris təmsilçisinin əsas transfer hədəfi Dortmund "Borussiya"sının forvardı Seru Girassidir.

Məlumata görə, baş məşqçi Luis Enrike sözügedən oyunçunun heyətə qatılmasında israrlıdır. Mənbə PSJ-nin bir neçə Avropa nəhənginin elçi düşdüyü qvineyalının transferi üçün böyük məbləğ xərcləməyə hazır olduğunu vurğulayıb.
Qeyd edək ki, cari mövsüm "arılar"ın forması ilə bütün turnirlərdə 44 matça çıxan Girassi 33 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. O, ötən ilin yayından "Borussiya"da çıxış edir.
Nihat

Barselona nın əsas transfer hədəfi bilindi
19 May 2025 20:46
Real ın əsas transfer hədəfi bilindi
17 May 2025 12:32
“Napoli”nin əsas transfer hədəfi müəyyənləşdi
10 İyul 2025 05:22
Liverpulun yeni transfer hədəfi bilindi
20 Dekabr 2024 22:43
COP29un əsas hədəfi maliyyədir Türkiyə təmsilçisi
21 Noyabr 2024 17:29

