Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Roma, 21 oktyabr, AZƏRTACBu gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turu çərçivəsində keçiriləcək PSV - “Napoli” oyunundan əvvəl təxminən 180 italiyalı azarkeş Niderland polisi tərəfindən saxlanılıb.
AZƏRTAC xəbər verir ki, fanatların şəhər meri tərəfindən müəyyən edilmiş təhlükəsizlik zonasını pozduqları üçün saxlanıldığı bildirilib.
Həmçinin PSV-nin də 4 azarkeşi saxlanılıb.Niderland polisinin məlumatına görə, bu addım kütləvi iğtişaşın qarşısını almaq üçün atılıb.“Napoli” azarkeşləri Eyndhovendən qovulub və biletləri ləğv edilib.
Bununla bağlı zəruri sənədlər Niderland polisi tərəfindən Neapol Polis İdarəsinə göndərilib.
Nihad Budaqov AZƏRTAC-ın xüsusi müxbiriRoma Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.