PSV “Napoli” matçı ərəfəsində 180 italiyalı azarkeş Niderland polisi tərəfindən saxlanılıb
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Roma, 21 oktyabr, AZƏRTAC
Bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turu çərçivəsində keçiriləcək PSV - “Napoli” oyunundan əvvəl təxminən 180 italiyalı azarkeş Niderland polisi tərəfindən saxlanılıb.
AZƏRTAC xəbər verir ki, fanatların şəhər meri tərəfindən müəyyən edilmiş təhlükəsizlik zonasını pozduqları üçün saxlanıldığı bildirilib. Həmçinin PSV-nin də 4 azarkeşi saxlanılıb.
Niderland polisinin məlumatına görə, bu addım kütləvi iğtişaşın qarşısını almaq üçün atılıb.
“Napoli” azarkeşləri Eyndhovendən qovulub və biletləri ləğv edilib. Bununla bağlı zəruri sənədlər Niderland polisi tərəfindən Neapol Polis İdarəsinə göndərilib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
Bu mövzuda digər xəbərlər:PSV Niderland çempionu oldu
18 May 2025 19:13
Napoli PSV nin yarımmüdafiəçisini alır
03 İyul 2025 11:34
Napoli Niderland millisinin üzvünü transfer etdi RƏSMİ
17 İyul 2025 17:49
“Napoli” “Qarabağ”la oyun ərəfəsində qələbə qazanıb
23 Noyabr 2025 01:38
“Napoli” PSV nın oyunçusunu transfer edir
03 İyul 2025 08:30
Baxış sayı:146
Bu xəbər 21 Oktyabr 2025 12:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















