Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq. Pərviz Heydərov yazır... İqtisadi artım üçün maliyyələşdirmə lazımdır.
Bu isə pul bazası həcminə bağlıdır. Pul bazasına dövriyyədə olan pul vəsaitləri ilə Azərbaycan Mərkəzi Bankın (AMB) kredit təşkilatları qarş
Ölkədə pul bazası həcmi cari il sentyabrın 1-nə 21 milyard 121.8 milyon manat təşkil edib. Bu, qənaətbəxşdir, yoxsa yox - izah edim.
Məsələ bundadır ki, AMB-nin açıqlamasından da görünür ki, son bir ayda pul bazası 0.57% və ya 121.8 milyon manat azalıb.
Ümumiyyətlə, mart ayında bu sahədə artım qeydə alınsa da, sonrakı bütün aylar ərzində pul bazasının azaldığı qeydə alınıb.
Düzdür, qeyd oluna bilər, illik müqayisədə isə 2.8% və ya 571.8 milyon manat artıb.
Lakin bu azdır, o səbəbdən ki, il ərzində işgüzar fəallıq üçün yarım milyondan cüzi artıq vəsait qaneedici deyil.
Yeri gəlmişkən, 2024-cü ildə Azərbaycanda iqtisadi artım 4.1% olub.