Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Arxeoloqlar pulun mənşəyi ilə bağlı yeni nəzəriyyə irəli sürərək, onun hər şeydən əvvəl uzunməsafəli ticarət üçün yarandığını bildiriblər.
Qaynarinfo xəbər verir ki, "Interesting Engineering" nəşrinin yazdığına görə, Dr.
Mikael Fovel "ticarət nəzəriyyəsi" adlandırılan konsepsiyanı təqdim edib.
Onun fikrincə, qədim dövrlərdə müxtəlif icmalar uzun məsafələrə səyahət edərkən, adətən dil baryerini aşaraq mal mübadiləsi aparmaq üçün vahid bir vasitəyə - valyutaya ehtiyac duyurdular.
"Pulun mənşəyi üzərində işləmək üçün həyəcanverici bir dövrdəyik", deyə Dr.
Fovel "Journal of Archaeological Method and Theory" jurnalında dərc olunan yeni tədqiqatında yazıb. Pul ticarət vasitəsi kimi yaranıb Dr.
Fovel "ticarət nəzəriyyəsi"ni dövlətə qədərki cəmiyyətlərdə pulun yaranmasının mümkün izahı kimi təqdim edir.