Putin Avropa gəmilərini ələ keçirməklə hədələyir

13.08.2026

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

Rusiya Prezidenti Vladimir Putin Moskvanın Rusiya ticarət gəmilərinin, xüsusilə də Avropa İttifaqı (Aİ) ölkələri tərəfindən saxlanılmasına adekvat cavab verəcəyini bildirib.

Gununsesi.info xəbər verir ki, Putin avqustun 12-də Saxalində Sakit Okean Donanmasının hərbçiləri ilə görüşü zamanı Rusiyanın “kölgə donanması”na aid gəmilərin ələ keçirilməsini “soyğunçuluq və dəniz quldurluğu” adlandırıb. O, belə addımların atılacağı təqdirdə Rusiyanın qarşılıq verməyə məcbur qalacağını deyib.

Rusiya liderinin sözlərinə görə, Moskvanın cavab tədbirləri mütləq Rusiya gəmilərinin saxlanıldığı akvatoriyalarda həyata keçirilməyəcək.

“Rusiya zəruri və məqsədəuyğun hesab etdiyi istənilən məkanda, o cümlədən Sakit Okean Donanmasının məsuliyyət zonasında addım ata bilər”, – Putin vurğulayıb.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью