Putin Avropa gəmilərini ələ keçirməklə hədələyir
Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.
Rusiya Prezidenti Vladimir Putin Moskvanın Rusiya ticarət gəmilərinin, xüsusilə də Avropa İttifaqı (Aİ) ölkələri tərəfindən saxlanılmasına adekvat cavab verəcəyini bildirib.
Gununsesi.info xəbər verir ki, Putin avqustun 12-də Saxalində Sakit Okean Donanmasının hərbçiləri ilə görüşü zamanı Rusiyanın “kölgə donanması”na aid gəmilərin ələ keçirilməsini “soyğunçuluq və dəniz quldurluğu” adlandırıb. O, belə addımların atılacağı təqdirdə Rusiyanın qarşılıq verməyə məcbur qalacağını deyib.
Rusiya liderinin sözlərinə görə, Moskvanın cavab tədbirləri mütləq Rusiya gəmilərinin saxlanıldığı akvatoriyalarda həyata keçirilməyəcək.
“Rusiya zəruri və məqsədəuyğun hesab etdiyi istənilən məkanda, o cümlədən Sakit Okean Donanmasının məsuliyyət zonasında addım ata bilər”, – Putin vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 13 Avqust 2026 19:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















